Çərşənbə , 27 May 2026

İdman

Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub edib

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib. Boyukmillet.com xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib. Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni …

Read More »

Azərbaycan boksçusu lisenziya turnirində erməni rəqibi üzərində inamlı qələbə qazanıb

Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib. Boyukmillet.com xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb. 1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib. …

Read More »

Azərbaycanın iki boksçusu Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, Bilalhəbəşi Nəzərov (48 kq) və Zidan Hümbətov (51 kq) yarımfinal səddini uğurla keçib. B.Nəzərov (48 kq) kubalı Manuel Sober Ruisi 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək. Z.Hümbətov isə hindistanlı …

Read More »

Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Martın 7-də Türkiyənin Antalya şəhərində start götürəcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub. Federasiyadan verilən məlumata görə, martın 10-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 2 komanda təmsil edəcək. Yunan-Roma güləşi üzrə millinin üzvləri məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasovun rəhbərliyi altında güləşəcəklər. Qarşıdakı iki gündə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihad Quluzadə, Elmir …

Read More »

Avropa Liqasının bütün 1/8 finalçıları müəyyənləşib: “Qalatasaray” turnirlə vidalaşıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün oyunları başa çatıb. Boyukmillet.com xəbər verir ki, baş tutmuş səkkiz cavab qarşılaşmasından ikisində, o cümlədən “Qarabağ” – “Braqa”, “Frayburq” – “Lans” matçlarında mərhələnin qalibini ancaq 30 dəqiqəlik əlavə edilmiş vaxtda müəyyənləşib. “Roma” – “Feyenoord” oyununda isə mübarizə penalti seriyasınadək davam edib. UEFA Avropa Liqası, pley-off mərhələsi Cavab oyunları 22 fevral 21:45 “Qarabağ” (Azərbaycan) – …

Read More »

Azərbaycan boksçuları Rumıniyadakı beynəlxalq turnirdə 14 medal qazanıblar

Azərbaycan millisi Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında keçirilən “Drakula” beynəlxalq turnirini 14 medalla (6-3-5) başa vurub. Boyukmillet.com xəbər verir ki, bu mükafatlardan 11-ni yeniyetmə idmançılar qazanıblar. Baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərliyi altında Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadə (+80 kq) bütün rəqiblərinə qalib gələrək, …

Read More »

Azərbaycan güləş millisi Avropa çempionatında medal sıralamasında ikinci olub

Azərbaycan güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub. Boyukmillet.com xəbər verir ki, yunan-Roma, sərbəst və qadın güləşçilər ümumilikdə 16 medal qazanaraq buna nail olublar. Qitə birinciliyinə 25 pəhləvanla yollanan heyət 5 qızıl, 3 gümüş, 8 bürünc medala yiyələnib. Sərbəst güləşçilər 1 gümüş, 6 bürünc, yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc, qadınlar …

Read More »

Azərbaycan parataekvondoçuları Prezident Kubokunda iştirak edəcəklər

Azərbaycanın parataekvondo millisi İranın paytaxtı Tehranda keçiriləcək Dünya Taekvondosunun Prezidentinin Kubokunda iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, turnir fevralın 20-də başlayacaq. Yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Şahmar Quliyev (+80 kq) mübarizə aparacaqlar. Onların hamısı K-44 kateqoriyasında çıxış edəcək.

Read More »

Avropa çempionatının sonuncu günündə Azərbaycanın daha 4 güləşçisi medal qazana bilər

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı bu gün başa çatacaq. Boyukmillet.com xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi bürünc mükafat qazana bilər. Nurəddin Novruzov (61 kq) təsəlliverici görüşdə Nils Leutert (İsveçrə) ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvilinin (125 kq) medal qarşılaşmalarındakı rəqibləri daha sonra bəlli olacaq. Hazırda …

Read More »