Cümə , 3 May 2024

İdman

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş həndbol üzrə Azərbaycan Kubokunun açılış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan Kubokunun açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Azərbaycan Həndbol Federasiyasının (AHF) kollektivi Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Həmçinin, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın …

Read More »

Azərbaycan karateçisi Avropa çempionu olub

Azərbaycan karateçisi Ülvi Məmmədov Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi olub. Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan komandasının kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız, +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. …

Read More »

Voleybol Federasiyasının prezidenti komandaların məşqçiləri və legionerlə görüşüb

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu gün ölkə çempionatlarında çıxış etmiş komandaların məşqçiləri və legioner oyunçularla görüşüb. Federasiyadan “Report”a verilən məlumata görə, Voleybol Mərkəzində baş tutan görüşdə federasiya rəhbəri ilk olaraq həm çempionatda, həm də dünən başa çatan “Heydər Əliyev kuboku”nda qalib gələn komandaları təbrik edib. Şahin Bağırov bildirib ki, voleybolun ölkəmizdə daha da populyarlaşmasında hər bir məşqçinin böyük …

Read More »

“Formula 1”: Bakıda yeddinci yarış bu gün start götürür

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürəcək. Boyukmillet.com xəbər verir ki, ilk gündə birinci sərbəst yürüş və sıralama turu baş tutacaq. Bundan əlavə, “Formula 2″də də sınaq yürüşü ilə yanaşı, təsnifat da gerçəkləşəcək. 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə keçirilib. Sonrakı altı turnir Azərbaycan …

Read More »

FIA Formula 1 Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimini açıqlayıb

Beynəlxalq Avtomobil Federasiyası (FIA) aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimini açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, federasiyanın avtoidman üzrə şurasının qərarına əsasən, Azərbaycan Qran-Prisində iki təsnifat yürüşü təşkil olunacaq. Aprelin 28-də saat 13:30-dan 14:30-dək sərbəst yürüş keçiriləcək. Saat 17:00-dan 18:00-dək Azərbaycan Qran-Prisində pilotların düzülüşünü müəyyənləşdirəcək təsnifat yarışı təşkil ediləcək. Aprelin 29-da saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat …

Read More »

“Formula 1” yarışı həftəsində Bakıda bəzi yollar açılacaq – SİYAHI

Bakı Şəhər Halqası (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran-prisi həftəsində sakinlərin rahat hərəkəti üçün bəzi yolları açacaq. Boyukmillet.com xəbər verir ki, ötən illərdən fərqli olaraq builki yarış həftəsində Bakı Şəhər Halqasına daxil olan bəzi yollar avtomobil idarə edən vətəndaşların rahat hərəkətini təmin etmək üçün açıq olacaq. Yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin …

Read More »

Astarada beynəlxalq basketbol yarışı keçiriləcək

Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının oyunları Astarada keçiriləcək. Azərbaycan Basketbol Federasiyasından “Report”a verilən məlumata görə, mayın 20-də başlayacaq turnir iki gün davam edəcək. Yarışda Azərbaycan yığması ilə yanaşı Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya milliləri də mübarizə aparacaqlar. Bundan əlavə, Çinin “Yuanda” və yerli “Neftçi” klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaq. Qeyd edək ki, FİBA …

Read More »

“Formula 1” komandasının direktoru: “Bakı bolidimizin imkanlarına uyğun trekdir”

“Düşünürəm ki, Bakı bizim bolidimizin imkanlarına uyğun trekdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandasının direktoru Ceyms Voulz yarışın rəsmi saytına açıqlamasında deyib. 44 yaşlı funksioner indiyədək Azərbaycan Qran-prisinin hər birində xallar uğrunda mübarizə apardıqlarını bildirib: “Sadəcə, əvvəlki yarışlardan hər şeyi öyrəndiyimizə əmin olmalıyıq. Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”. Qeyd edək ki, …

Read More »

Güləşçilərimiz qələbələrini Ali Baş Komandana və hərbçilərə həsr ediblər

Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tviter səhifəsində yazıb. Onun sözlərinə görə, yarışın son günündə Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazanıb: “Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə …

Read More »

Azərbaycan idmançısı ABŞ-da yarışda qızıl medal qazanıb

Naxçıvan idmançısı Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Legasy Judo Tournament” adlı turnirində qızıl medal qazanıb. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib. O, 10-12 yaşlı oğlanlar arasında 38 kq-dan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə …

Read More »