Şənbə , 4 May 2024

İdman

Azərbaycanın iki karateçisi Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın iki karateçisi İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatının finalına yüksəlib. Boyukmillet.com xəbər verir ki, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) qızıl medal uğrunda mübarizə aparacaqlar. Digər karateçilərimizdən Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) bürünc medal uğrunda yarışacaqlar. Qeyd edək ki, qitə çempionatına 48 ölkədən 468 idmançı qatılıb.

Read More »

Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, yarışın ikinci günündə 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaq. Məmmədəliyev gürcüstanlı Mixeili Baxbaxaşvili ilə, Mirzəyev italiyalı Eduardo Mella ilə qarşılaşacaq. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini, Hacıyev isə Portuqaliya cüdoçusu Anri …

Read More »

AVRO-2024: Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşacaq

Bu gün AVRO-2024-ün seçmə mərhələsinin I turunun növbəti oyunları keçiriləcək. Boyukmillet.com xəbər verir ki, A, D və I qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq. Türkiyə yığması səfərdə Ermənistan seçməsinin qonağı olacaq. D qrupunun digər görüşündə Xorvatiya Uelsi qəbul edəcək. A qrupunda İspaniya – Norveç və Şotlandiya – Kipr matçları təşkil olunacaq. AVRO-2024, seçmə mərhələ I tur A qrupu 18:00. Şotlandiya …

Read More »

Azərbaycan millisi Albaniya yığmasına məğlub olub

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. Boyukmillet.com AFFA-nın saytına istinadla xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib. U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.

Read More »

Azərbaycanın boks yığması Dünya Kubokunu 6 medalla başa vurub

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb. Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi ikinci yeri tutub. Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. …

Read More »

Azərbaycanın 17 taekvondoçusu Belçika çempionatında iştirak edəcək

Azərbaycanın 17 taekvondoçusu martın 18-də Lommel şəhərində start götürəcək açıq Belçika çempionatına qatılacaq. Federasiyadan  verilən məlumata görə, ölkə iki gün davam edəcək G2 kateqoriya yarışda həm qadınların, həm də kişilərin mübarizəsində təmsil olunacaq. Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda Belçikaya Niderlanddan yollanıb. Lommeldə də dayanq üzərinə Eyndhovendə şans verilən “11-lik” – Səyyad …

Read More »

Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib. Boyukmillet.com xəbər verir ki, X turun açılış matçı “Azərreyl” və “Murov” komandaları arasında baş tutub. Tay-brekə kimi davam edən matç “dəmiryolçular”ın 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10) hesablı qələbəsi ilə başa çatıb. Voleybol Mərkəzində təşkil olunan turun son qarşılaşmasında isə “Abşeron” UNEC-ə heç bir şans verməyib – 3:0 (25:21, 25:23, …

Read More »

Azərbaycan Basketbol Liqası: “Neftçi” Gəncədə məğlub olub

Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib. Boyukmillet.com xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan matçda “Gəncə” və “Neftçi” komandaları üz-üzə gəliblər. Gəncəlilər dogma azarkeşlərinin də dəstəyi ilə rəqib üzərində 83:73 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Gəncə”dən Kolin Törner (22 xal, 11 assist), “Neftçi”dən isə Qlen Börns (19 xal, 4 ribaund) olublar. Qeyd edək ki, …

Read More »

Təxirə salınmış oyunda “Gəncə” basketbolçuları qələbə qazanıblar

Azərbaycan BAsketbol Liqasında XV turdan təxirə salınmış oyun keçirilib. Boyukmillet.com xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində “Gəncə” “Olimpik Şəki” ilə qarşılaşıb. Görüş qərb təmsilçisinin 89:76 hesablı qələbəsi ilə tamamlanıb. Ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (21 xal, 12 ribaund), “Olimpik Şəki”dən isə Larri Robinson (22 xal, 8 ribaund) olublar.

Read More »

Azərbaycan Yüksək Liqası: “Neftçi” MOİK-ə qalib gəlib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura start verilib. Boyukmillet.com xəbər verir ki, Voleybol Mərkəzində baş tutan açılış oyununda “Neftçi” klubu MOİK-lə üz-üzə gəlib. Qarşılaşma “ağ-qaralar”ın 3:0 (25:19, 25:19, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, bu qələbə ilə ilk 3 xalını qazanan “Neftçi” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 6 xalı olan “Murov” birinci, 3 xala sahib “Xarı bülbül” …

Read More »