Çərşənbə axşamı , 14 May 2024

İdman

“Qarabağ” Premyer Liqada tarixinin ən uğurlu səfər seriyasına imza atıb

“Qarabağ” Azərbaycan Premyer Liqasında tarixinin ən uğurlu səfər seriyasına imza atıb. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XII turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etməklə nail olub. Ölkə çempionu ardıcıl 10-cu səfər qələbəsini qazanıb. Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı …

Read More »

Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qeyd edək ki, noyabrın 2-də “Parken” …

Read More »

“Çelsi” Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Avstriya “Zaltsburq”unun öz meydanında 40 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb. Boyukmillet.com-un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, komandanın evdə İngiltərənin “Çelsi” klubuna uduzduğu Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından sonra baş verib. Səfərdə 2:1 hesablı qələbə qazanan London təmsilçisi rəqibin uğurlu seriyasına son qoyub. Qeyd edək ki, “Çelsi” bu nəticə ilə xallarını 10-a çatdıraraq, 1/8 finala vəsiqəni təmin …

Read More »

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 6 oyunu keçirilib. Boyukmillet.com-un məlumatına görə, bununla 1/8 finalın növbəti 3 iştirakçısı bəlli olub. G qrupunda Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Mançester Siti” klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb. H qrupunda isə Fransa PSJ-si və Portuqaliya “Benfika”sı növbəti mərhələyə adlayıblar. Paris klubu buna evdə İsrailin “Makkabi” (Hayfa) komandasını 7:2, Lissabon təmsilçisi …

Read More »

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Fransanın “Paris Sen-Jermen” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun matçında öz meydanında İsrailin “Makkabi” klubunu qəbul edib. Görüş 7:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Boyukmillet.com xəbər verir ki, hücumçu Lionel Messi iki qolla yanaşı, iki məhsuldar ötürmə də edib. Bununlada o, Çempionlar Liqası tarixində bir matçda iki qol vurub, iki məhsuldar ötürmə edən ən yaşlı futbolçu …

Read More »

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq. Boyukmillet.com-un məlumatına görə, A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra pley-offun daha 4 iştirakçısı müəyyənləşə bilər. A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasa, vaxtından əvvəl 1/8 finala adlayacaq. Qrupun digər matçında “Napoli” İtaliyada Şotlandiya “Reyncers”ini sınağa çəkəcək. B qrupunda Portuqaliya “Portu”su Belçikada …

Read More »

“Yuventus” 9 ildən sonra pley-offa yüksələ bilməyib

İtaliyanın “Yuventus” klubu 9 ildən sonra UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazana bilməyib. Boyukmillet.com-un məlumatına görə, Massimiliano Alleqrinin baş məşqçi olduğu komanda qrup mərhələsinin V turunda Portuqaliyada “Benfika”ya 3:4 hesabı ilə uduzub. Turin təmsilçisi son olaraq 2013/2014 mövsümündə uğursuzluqla üzləşib. “Yuventus” həmin vaxtdan sonra ardıcıl 8 mövsüm pley-offda iştirak edib. Qeyd edək ki, H qrupunda 3 xalla 3-cü …

Read More »

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa birinciliyində 3 medal qazanıb. Federasiyadan  verilən məlumata görə, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 20-yə qədər olan iştirakçılar arasında qüvvəsini sınayıb. O, birdən qaldırmada 120 kq-ı ram edərək, bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 141 kq-ı başı üzərinə qaldıran …

Read More »

“Mançester Siti” 1/8 finala vəsiqəni təmin edib, “Milan” “Çelsi”yə uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib. Boyukmillet.com-un məlumatına görə, bugünkü matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub. G qrupunda çıxış edən İngiltərənin “Mançester Siti” klubu Danimarkada “Kopenhagen”lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund “Borussiya”sının Almaniyada İspaniya “Sevilya”sından xal alması “şəhərlilər”i vaxtından əvvəl 1/8 finala yüksəldib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su …

Read More »

“Real Madrid” Çempionlar Liqasında rekorda imza atıb

İspaniyanın “Real Madrid” klubu UEFA Çempionlar Liqasında rekorda imza atıb. Boyukmillet.com-un məlumatına görə, Madrid təmsilçisi buna Ukraynanın “Şaxtyor” (Donetsk) kollektivi ilə 1:1 hesablı heç-heçə etdikləri qrup mərhələsinin IV tur oyununda nail olub. Hazırkı ölkə çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. “Real Madrid” iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır. “Kral klubu” yalnız 1996/1997 mövsümündə …

Read More »