Bazar , 10 Dekabr 2023

Polo üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal əldə edib

Azərbaycan yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən at polosu üzrə 14-cü Avropa çempionatında final oyununa çıxıb.

Dövlət Sərhəd Xidmətindən “Report”a verilən məlumata görə, komanda həlledici görüşdə İspaniya ilə üz-üzə gəlib.

Rəqibinə uduzan milli gümüş medal əldə edib.

Azərbaycan yığması yarışda 3-cü dəfə iştirak etməsinə baxmayaraq, inamlı təsir bağışlayıb. Belə ki, təmsilçimiz Avropanın ən güclü 8 komandasının mübarizəsində keçirdiyi 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup matçından qələbə ilə ayrılıb.

Check Also

Voleybolçular prezidentə videomüraciət etdilər

“Xarı Bülbül ŞuŞa” və “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli voleybolçuları prezident İlham Əliyevə …