Cümə , 26 Aprel 2024

İdman

Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışı start götürəcək

Azərbaycan Velosiped Federasiyasının (AVF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başlayacaq. Boyukmillet.com-un məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə Veloparkda start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə …

Read More »

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “IronWind” yarışının qalibləri bəlli olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, həmçinin “Triterra” klubunun təşkilatçılığı və “Baku City Circuit”in dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “IronWind” turniri keçirilib. Boyukmillet.com-un məlumatına görə, Pirallahı rayonundakı Nərəkənd parkında baş tutan yarışda Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Böyük Britaniya, Xorvatiya, Rusiya və digər ölkə təmsilçiləri iştirak ediblər. Turnirdə 83 idmançı qüvvəsini sınayıb. Atletlər 1,9 km …

Read More »

Azərbaycan cüdoçusu Düşənbə Qran Prisində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Tacikistanda keçirilən Qran Pri turnirində bürünc medal qazanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Məlumata görə, Düşənbə şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirində -90 kq. çəkidə yarışan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı rəqibi Caxonqir Mamatraximova qalib gələrək bürünc medal qazanıb.

Read More »

Taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşlərində taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək. Mundaildə bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar …

Read More »

Prezident və birinci xanım taekvondo üzrə dünya çempionatının açılış mərasimində iştirak edirlər

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku …

Read More »

Azərbaycan çempionatında son 19 ilin rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan 2022/2023 mövsümündə 475 qol vurulub. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir, bu isə son 19 mövsüm üçün rekord göstəricidir. 2004/2005 mövsümündən indiyədək belə məhsuldarlıq qeydə alınmayıb. Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/2004 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 …

Read More »

Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub

Almaniyanın Kotbus şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq boks turniri keçirilib. Boyukmillet.com-un məlumatına görə, Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan yarış Diaspora Boks Liqası və Berlində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşib. Almaniya və Azərbaycanın Dövlət Himnlərinin səsləndirilməsi ilə start götürən turnirin birinci mərhələsi …

Read More »

Dünya çempionu olan Azərbaycan karateçiləri mükafatlandırılıblar

Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları Sevinc Mövsümzadə və Vüsal Əliyev mükafatlandırılıblar. Boyukmillet.com-un məlumatına görə, tədbirdə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini, Azərbaycan Koşiki-do Karate Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə, federasiyasının prezidenti Rafael Bünyatov, birinci vitse-prezident Yuri Mustafayev, həmçinin, vitse-prezidentlər Ənvər Həzərxanov və Vəli Bünyatov, baş məşqçi Nazim Mövsümzadə, federasiya …

Read More »

Türkiyəli baş məşqçinin AVF ilə müqaviləsinin müddəti bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin müqavilə müddəti bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə türkiyəli mütəxəssisin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov məlumat verib. Federasiya rəsmisi bildirib ki, 42 yaşlı məşqçi ilə sözləşmənin müddəti 3 aylıq nəzərdə tutulub: “Milli komanda Avropa çempionatında çıxış edəcəyi üçün müqavilə üç …

Read More »

Şahin Bağırov: “Əsas məqsəd voleybolda mükəmməl infrastrukturun qurulmasıdır”

“Əsas məqsədimiz voleybolun populyarlığının, kütləviliyinin artması və mükəmməl infrastrukturun qurulmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov milli komandanın yeni baş məşqçisi Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib. Azərbaycan voleybolunun uğurlarından bəhs edən federasiya rəhbəri bu nailiyyətlərin davamının gətirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanda voleybol kifayət qədər məşhur idman növüdür. Komandalarımız Avropa və dünyada …

Read More »