Çərşənbə axşamı , 7 May 2024

İKT

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter” səhifəsində yazıb. “Onlayn formatda təşkil olunan toplantıda radiotezliklər spektrinin idarə edilməsi ilə bağlı vacib məsələləri müzakirə etdik”, – R. Nəbiyev qeyd edib.

Read More »

Türkiyə-Azərbaycan Rəqəmsal Transformasiya Forumu təsis edilib

Rəqəmsal transformasiya sahəsində həyata keçiriləcək layihələrə özəl sektorun cəlb edilməsi, B2B və B2G formatlarda əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi və ilk tədbirin 2022-ci ilin sonunda təşkili barədə qərar qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu qərar Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun və Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir …

Read More »

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil olunub

Dekabrın 14-də BMT-nin qərargahı Tailandın Banqkok şəhərində yerləşən Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) Nəqliyyat üzrə 4-cü Nazirlər Konfransı hibrid formatda öz işinə başlayıb. Məlumata görə, iclasda əksər üzv ölkələrin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak edirlər. Sessiyanın ötən gün keçirilmiş nazirlərin çıxışı seqmentində azərbaycanlı nazir Rəşad Nəbiyevin video …

Read More »

Azərbaycan Çin şirkəti ilə birgə Tədqiqat və İnkişaf Mərkəzi yaradır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), ADA Universiteti və “Huawei” şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Centre) yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində “Huawei” sertifikatına malik yüksəkixtisaslı yerli İT mütəxəssisləri hazırlanacaq.

Read More »

Azərbaycan və Türkiyənin rabitə administrasiyaları arasında görüş keçirilib

Türkiyənin paytaxtı Ankarada Azərbaycan və qonşu ölkənin rabitə administrasiyaları arasında rəqəmsal TV və radio yayımı stansiyaları, mobil rabitə şəbəkələri üzrə radiotezlik təyinatlarının razılaşdırılmasına dair ikitərəfli koordinasiya iclası keçirilib. Məlumata görə, iclasda ölkəmizi nazirliyin, qurum yanında Dövlət Radiotezliklər İdarəsinin, Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, eləcə də mobil rabitə operatorlarının nümayəndələri təmsil ediblər. Hər iki ölkənin sərhədyanı ərazilərində rəqəmsal radio …

Read More »

Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialı” yaradılıb. Boyukmillet.com xəbər verir ki, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir. Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən …

Read More »

Zəngilanda radio və televiziya yayımı təmin olunub

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) tərəfindən Zəngilan rayonunun …

Read More »

“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr edib

“Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazırlayıb. Boyukmillet.com  xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir. Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Read More »

Fərid Qayıbov İstanbulda “Teknofest”ə qatılıb

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində təşkil olunan Teknofest – Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, F.Qayıbov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, …

Read More »