Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“TEKNOFEST Azərbaycan”da müxtəlif müsabiqələrdə ikinci və üçüncü yeri tutanlar təltif edilib

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən müxtəlif müsabiqələrdə ikinci və üçüncü yer tutanlar təltif edilib.

Boyukmillet.com xəbər verir ki, təltifetmə festivalın sonuncu dördüncü günündə baş tutub.

Qalibləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) sədri Saməddin Əsədov, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selcuk Bayraktar təqdim edib.

Qeyd edək ki, həmin müsabiqələrdə birinci yer tutanlar ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təltif edilmişdi.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …