Şənbə , 23 Noyabr 2024

İKT

İlon Mask bu gün Beynəlxalq Astronavtika Konqresində onlayn çıxış edəcək

“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək. Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq. Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, YouTube kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.

Read More »

Naxçıvanın İqtisadiyyat Nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinininternet səhifəsi “gov.az” zonasına köçürülüb. Boyukmillet.com xəbər verir ki, nazirliyin mühəndis-proqramçılarının hazırladığı İqtisadiyyat Nazirliyinin elektron informasiya resursu neconomy.gov.az domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb. Saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, …

Read More »

Elmir Vəlizadə: “Azərbaycanda kritik informasiya infrastrukturu sahəsində hüquqi baza formalaşdırılır”

Son dövrlərdə Azərbaycanda kritik informasiya infrastrukturu sahəsinə dair normativ-hüquqi bazanın formalaşdırılması və əməli tədbirlərin həyata keçirilməsi sahəsində adımlar atılır. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Bakıda keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib. Onun sözlərinə görə, artıq informasiya sistemləri ölkəmizdə kritik əhəmiyyətli …

Read More »

Şahin Əliyev: “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq”

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır. Boyukmillet.com xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müşaviri Şahin Əliyev “Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD 2023” tədbirində çıxışı zamanı bildirib. “Qarşıdakı illərdə Azərbaycanda müxtəllif şirkətlərdə, təşkilatlarda bu məhsulların tətbiqini görəcəyik. Daha sonra isə biz bu məhsulları xaricə ixrac edəcəyik”, – deyə o bildirib. Ş.Əliyev əlavə edib …

Read More »

Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının əsas istiqamətləri açıqlanıb

Azərbaycanda hazırlanan Yeni Nəsil İqtisadiyyat Strategiyasına “Big data”, süni intellekt, “Əşyaların interneti”, rəqəmsal marketinq, dron texnologiyalarının tətbiqi və digər rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri hesab edilən istiqamətlər daxil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib. “Bunların uğurlu və dayanıqlı tətbiqi üçün kibertəhlükəsizlik baxımından kadr potensialının hazırlanması da zəruri məsələlərdəndir. …

Read More »

Azərbaycan avqustda mobil internetin sürətinə görə 2 pillə irəliləyib

Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 28,7 MB/S sürətlə 120-ci yerdə qərarlaşıb. Boyukmillet.com xəbər verir ki, bu iyul ayı ilə müqayisədə 3 pillə geriləmədir. Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (254,65 MB/S), sonuncu yeri isə Kuba (1,95 MB/S) tutub. Məlumata görə, ölkəmiz avqustda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 42,94 MB/S sürətlə …

Read More »

TEKNOFEST-in İdarə Heyətinin üzvü: “Azərbaycan ideya və təşəbbüskarlıqda Türkiyədən də öndədir”

“Azərbaycan təşəbbüslərə çox açıqdır və hətta bu məsələdə mən deyərdim ki, Türkiyədən öndədir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında TEKNOFEST İdarə Heyətinin üzvü, Türkiyə Texnologiya Komandası Fondunun koordinatoru İrem Bayraktar bildirib. TEKNOFEST məsulu qeyd edib ki, qurum nəzdində Azərbaycanda 6-14 yaş kateqoriyasına uyğun elmi mərkəz, gənclər üçün isə texnologiya laboratoriyaları fəaliyyət göstərir: “Elmi mərkəzdə texnologiya, kosmos, aviasiya, dizayn, …

Read More »

Azərbaycan və İtaliya şirkəti kosmik əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan İtaliya şirkəti ilə kibertəhlükəsizlik, kosmik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya nəhənglərindən olan İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvo ilə görüşdə baş tutub. Aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya …

Read More »

Nazir müavini: “Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb”

“Kibertəhlükəsizliyin kritik əhəmiyyətini hamımız başa düşürük və bu səbəbdən kibertəhlükəsizlik sahəsində proaktiv yanaşmaya ehtiyac yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk Məzun Günündə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib. Onun sözlərinə görə, kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilib: “Bunu Azərbaycan və İsrail liderləri keçirdikləri görüşdə də bəyan ediblər. Bu gün Daxili İşlər Nazirliyinin tərkibində kibertəhlükəsziliklə …

Read More »

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti I yarımilə yekun vurub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində bu ilin I yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, iclası giriş sözü ilə Dövlət Xidmətinin rəisi İlqar Musayev açıb. O, dünyada gedən mürəkkəb ictimai-siyasi proseslər və çətin geosiyasi vəziyyətə baxmayaraq, ölkə prezidentinin uzaqgörən siyasəti nəticəsində respublikamızın iqtisadiyyatında əldə edilmiş uğurlar və nailiyyətlərin olduğunu vurğulayıb. Müşavirədə dövlət başçısının informasiya təhlükəsizliyi …

Read More »