Cümə , 17 May 2024

İKT

Türk dövlətlərin texnoloji startapları ABŞ-ın Silikon Vadisinə çıxış əldə edəcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin texnoloji startapları üçün ABŞ-ın Silikon Vadisində “Hero” Təlim Proqramına start verilib. Boyukmillet.com xəbər verir ki, TDT Baş Katibliyi “Astana Hub” və Draper Universitetinin “My Ventures” tərəfdaş proqramı ilə birgə texnoloji startapları üçün Silikon Vadisində “Hero” Təlim Proqramına start verilməsini çox təqdir edir. Qeyd olunub ki, bu proqram TDT üzv dövlətlərin startaplarının potensiallarını üzə çıxarmaqda …

Read More »

Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 21 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bunun 71,2 %-i əhali sektoruna aid olub. Yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 20,7 % artıb, bu sahədə əldə edilmiş gəlirin 83,3 %-i qeyri-dövlət sektorunun payına düşüb.

Read More »

SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə təqdim edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir. Bu gün keçirilən tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim edilib. Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlar üçün bu günədək təqdim etdiyi xidmətlər barədə ətraflı …

Read More »

Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 6 teleradio yayımı stansiyası fəaliyyət göstərir və bu rəqəmin 15-ə çatdırılması nəzərdə tutulur. Boyukmillet.com  xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. “Hazırda mövcud stansiyalar vasitəsi ilə 11 …

Read More »

Səfikürd kəndinin 10-a yaxın sakini müraciətlərini “Açıq mikrofon”a ünvanladılar

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Goranboy rayonun sakinləri üçün qurulub. Aksiyada ümumilikdə 15 müraciət ünvanlanıb ki, bunların da 8-i Səfikürd kəndinin sakinlərinin payına düşüb. Adıçəkilən kəndin sakinləri yeni salınmış yaşayış massivinin qazlaşdırılmasını istəyiblər. Qarasüleymanlı kənd sakini Musa Paşayev qapı keçidinin qoyulmasını xahiş edib. Müraciətlər arasında fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttində yaşanan sızmaların aradan qaldırılmasında köməkliyin göstərilməsi və yeni …

Read More »

Azərbaycanda yeni vençur fondu yaradılacaq

Bu il Azərbaycanda yeni vençur fondunun yaradılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva bildirib. Onun sözlərinə görə, fondun nizamnamə kapitalının 20 milyon manat olması planlaşdırılır. Xatırladaq ki, Azərbaycanda ötən il yaradılmış “Caucasus Ventures” adlı vençur fondu 11 milyon manat nizamnamə kapitalına malikdir. Bunun 5 milyon manatını dövlətin …

Read More »

Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev martın 2-də saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinlərini qəbul edəcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı …

Read More »

Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq

Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün tviter hesabında yazıb. Nazir bildirib ki, Pakistan İslam Respublikasının İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşdə Azərbaycanla Pakistan arasında nəqliyyat, İKT və innovasiyalar sahəsində əməkdaşlığa dair məsələləri …

Read More »

Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentlik (Azərkosmos) Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşdə deyib. Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular, o cümlədən kosmik texnologiyalar sahəsində Avropa ölkələri ilə əlaqələrin …

Read More »

“Azercell” jurnalistləri növbəti ingilis dili kurslarına qoşulmağa dəvət edir

Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir “Azercell Telekom” MMC ölkəmizin mövqeyini beynəlxalq müstəvidə gücləndirmək və ictimaiyyəti operativ şəkildə məlumatlandırmaq istiqamətində müstəsna rolu olan milli media nümayəndələri üçün ingilis dili kurslarını davam etdirir. Kurslar çap, elektron kütləvi informasiya vasitələrində, eləcə də teleradio sahəsində çalışan və ən azı bir il iş təcrübəsinə malik olan bütün jurnalistlər üçün açıqdır. …

Read More »