Bazar , 19 May 2024
Drone Cameras

“Prezident Heydər Əliyev” və “Zərifə Əliyeva” gəmilərinin şəkilləri həkk olunan poçt markaları hazırlanıb

Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə iki poçt markası hazırlanıb.

Boyukmillet.com xəbər verir ki, həmin markaların üzərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ən böyük gəmiləri olan “Prezident Heydər Əliyev” və “Zərifə Əliyeva” gəmilərinin şəkilləri həkk olunub.

Poçt markaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən Belarusda çap edilib.

Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə keçirilən “Əbədi sevgi” adlı tədbirdə markalar ASCO-nun sədri Rauf Vəliyev tərəfindən möhürlənib.

R.Vəliyev bildirib ki, Heydər Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ni dağılmaqdan qoruyub:

“90-cı illərdə ASCO dağılmaq təhlükəsi ilə üz-üzə idi. Məhz Ümummilli Lider onu dağılmaqdan qorudu. Ötən gün mən Azərbaycan nümayəndə heyəti ilə Həştərxanda idim. Orada olanlar Ümummilli Lideri çox gözəl xatirələrlə xatırlayır. Hətta bizə yaxınlaşıb bildirdilər ki, siz xoşbəxt millətsiniz belə lideriniz olub”.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …