Bazar , 19 May 2024
Drone Cameras

Samir Rəsulov: “Kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib”

Azərbaycanda beynəlxalq təcrübələrdən, müasir yanaşmalardan istifadə edərək kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib.

Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov Bakıda keçirilən “Fintech Summit 2023” – Maliyyə və Texnologiyalar Sərgisində “Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı paneldə deyib.

“Fərdi məlumatlar haqqında” yeni qanunun tətbiqi çərçivəsində mexanizmlər, fərdi məlumatların qorunması barədə cəmiyyətin marifləndirilməsi istiqamətində artıq layihələrin icrasına başlanılıb”, – S. Rəsulov bildirib.

O qeyd edib ki, bankların, maliyyə təşkilatlarının və əhalinin kibertəhlükələrə qarşı hazırlıqlı olması böyük əhəmiyyət daşıyır.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …