Cümə , 17 May 2024

İKT

Azərbaycan internet bazarına 3-cü “Backbone” provayderi gəlir

Azərbaycanın internet bazarına ölkəmizi beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü magistral (Backbone) internet provayderi daxil olur. Boyukmillet.com hökumətdəki mənbələrə istinadən xəbər verir ki, bu səlahiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-yə verilməsi üçün işlər aparılır. “Report”un sorğusuna cavab olaraq “Aztelekom”dan bildirilib ki, hazırda mümkün imkanlar araşdırılır: “Ölkədə telekommunikasiya sahəsində sağlam rəqabətin təmin edilməsi üçün fərqli operatorların fəaliyyət göstərməsi vacib …

Read More »

“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib

Martın 16-19-da Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan “Teknofest” Aerokosmik və Texnologiya festivalı ertələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Teknofest”in tviter səhifəsində bildiriş paylaşılıb. “16-19 mart tarixlərində keçirməyi planlaşdırdığımız “Teknofest İzmir” ölkə olaraq yaşadığımız zəlzələ fəlakətinin gətirdiyi ortaq acıları səbəbi ilə irəli tarixə ertələnib”, – bildirişdə qeyd olunub. Texnologiya şənliyinin baş tutacağı dəqiq tarix açıqlanmayıb.

Read More »

Oktyabrda Azərbaycana NASA, “Boeing”, “Airbus”un nümayəndələri gələcək

Bu il oktyabrın 2-6 tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində dünyanın iri şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir. Bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib. S.Əsədovun sözlərinə görə, tədbirdə ümumilikdə 6 mindən çox qonaq iştirak edəcək: “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın …

Read More »

Azərbaycanda “IT Hub Azerbaijan” layihəsinə start verilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı 4SİM-in təşkilatçılığı, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev, EBRD-nin Bakı ofisinin rəhbəri Kamola …

Read More »

“Azercell”dən Türkiyədəki abunəçilərinə dəstək!

Lider mobil operator Türkiyədə səfərdə olan abunəçilərinin balansını təmənnasız şəkildə artırıb Türkiyədə baş vermiş yeraltı təkanlarla əlaqədar olaraq “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansını təmənnasız şəkildə artırıb. Şirkət hazırda Türkiyədə rouminq xidmətlərindən istifadə edən həm fakturalı, həm də fakturasız xətt abunəçilərinin balansına vəsait yükləyib. “Azercell” bu …

Read More »

Azərbaycan və Monteneqro nəqliyyat və innovasiyalar sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Monteneqro nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. Boyukmillet.com xəbər veirr ki, bu məsələ Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Bakıda səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç arasında keçirilən görüşdə müzakirə edilib. “Bu gün ölkəmizdə səfərdə olan Monteneqronun vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə görüşdük. Nəqliyyat və innovasiyalar sahəsində mövcud …

Read More »

Azərbaycanda startap məktəbi fəaliyyətə başlayacaq

Bu il Azərbaycanda startap məktəbinin (“StartUp School“) fəaliyyətə başlaması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfrasında bildirib. “Ötən il bizim enterpriseazerbaijan.com portalı ABŞ-ın Nevada Universiteti ilə anlaşma memorandumu imzalayıb. “StartUp Scholl” məhz bu sənəd çərçivəsində və İsrail-Azərbaycan Ticarət …

Read More »

Nazir müavini: “Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilməsi prioritet məsələdir”

Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilməsi gündəliyimizdə prioritet məsələdir və son on ildə regionda dayanıqlı nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üçün böyük səylər göstərilib. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Şanxay Əməkdaşlıq Təşkilatı ilə birgə virtual qaydada “Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri – qarşılıqlı bağlılıq və birgə əməkdaşlıq üçün əsas” adlı konfransda …

Read More »

Vahid Əhmədov: “Niyə İKT sahəsinə güzəştlər təklif etməmişik?”

“Texnoparklar fəaliyyətə başlayanda 7 illik güzəştlər təklif etmişdik. Niyə biz bunu İKT sahəsinə etməmişik ki, hazırda bu vəziyyətlə üzləşmişik?” Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. “Niyə biz indi bu məsələyə gəlib çıxmışıq? Digər ölkələr bizdən üstündür. Burada qeyd olundu ki, kadr çatışmazlığı var. Bundan başqa, istehsal olunan məshulların …

Read More »

Koreyalı nazir azərbaycanlı tələbəni qəbul edib

Bu gün Cənubi Koreyanın paytaxtı Seulda Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən burada magistratura təhsili alan 20-30 yaşlı dövlət qulluqçuları ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Koreyanın Kadr idarəetmə naziri Kim Sonq Ho rəhbərliyi ilə, 8 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə, dövlət idarəçiliyi, gənclər siyasəti, kadrların idarə olunması, İKT, innovasiyalar və bir sıra sahələr üzrə fikir mübadilələri aparılıb. …

Read More »