Cümə , 17 May 2024

İKT

Azərbaycanın dünyada yaşayan soydaşları üçün bir TV-nin yaradılması təklif edilib

“Azərbaycanın daxilində yaşayan vətəndaşlarımızdan 3-4 dəfə çox soydaşımız kənarda yaşayır”. Boyukmillet.com xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, onların yaşadığı ölkələrlə müqayisədə əlifba dəyişikliyi fərqi və digər problemlər var: “Soydaşlarımızın yaşadığı bütün yerlərdə məktəb açmaq mümkün deyil. Bunun müasir həll yollarından biri budur ki, Azərbaycanda televiziya kanallarından biri səhərdən axşama qədər Azərbaycan …

Read More »

Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

“Biz növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin “Space X” şirkətidir”. Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib. “Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm …

Read More »

“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı”nda tanınmış ekspertə vəzifə verilib

“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-də yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, Rahid Ələkbərli səhmdar cəmiyyətinin informasiya texnologiyaları departamentinin direktoru vəzifəsinə gətirilib. Qurumdan “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər. R.Ələkbərli bu təyinata qədər “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Read More »

Regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” Təqaüd Proqramı çərçivəsində regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verib. Bu barədə “Report”a Nazirlikdən bildirilib. Məlumata görə, ötən ilin sentyabr ayından start götürmüş “Technest” artıq regionlarda İKT üzrə ödənişsiz təhsil almaq istəyən gənclər üçün əlçatandır. Layihə çərçivəsində regionlarda gənclərlə silsilə görüşlər keçirilir və İKT sahəsinə marağı olan namizədlər dərhal …

Read More »

Mask “Twitter Blue” abunəliyinin işə salınmasının yeni tarixini açıqlayıb

Hesablara doğrulama işarəsi almağa imkan verən “Twitter Blue” abunəliyinin yenidən işə salınması noyabrın 29-na planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Twitter”in yeni sahibi İlon Mask şəbəkədəki səhifəsində məlumat verib. “Bunun etibarlılığında əmin olmamız üçün “Blue Verified”ın yenidən işə salınması (mavi təsdiq işarəsi – red.) noyabrın 29-na ertələnir”, – o yazıb. Sosial şəbəkə istifadəçisinin sualına cavab olaraq İ.Mask aydınlıq gətirib …

Read More »

Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraq paylanılıb

Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. 8 Noyabr “Zəfər günü” və 9 Noyabr “Bayraq günü” münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olundu. Təşəbbüs “Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilib. Vətəndaşlarımızın böyük sevinc və qürur hissi ilə qarşıladığı layihədən görüntüləri buradan izləyə bilərsiniz. …

Read More »

Azərbaycanda 90 dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 dövlət qurumu öz daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq tətbiq üçün təsdiq edib. Bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib. Məlumata görə, həmin təlimatlar dövlət qurumlarında informasiya sızmasına qarşı informasiya təhlükəsizliyi təminatına diqqət və nəzarətin gücləndirilməsi məqsədi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının hazırladığı və dövlət …

Read More »

Azərbaycan Dünya Bankı ilə gələcək əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanla Dünya Bankı arasında rəqəmsal transformasiya və telekommunikasiya sahəsində həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter səhifəsində məlumat verib. O qeyd edib ki, bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.

Read More »

Azərbaycan Qazaxıstanla rəqəmsal sahədə birgə layihələr həyata keçirəcək

İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Qazaxıstanın “Tech Hub Limited” arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin, birgə tədqiqatların aparılması, sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin təşkili, süni intellekt, əşyaların interneti və mobillik …

Read More »

FHN nümayəndəsi: “İnformasiya təhlükəsizliyi sahəsində biz ISO standartlarına arxalanırıq”

“İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq ISO standartlarına arxalanmaq lazımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nicat Əliyev Bakıda “Kibertəhlükəsiz iqtisadiyyat: islahatlar, innovativ yanaşmalar və həll yolları” mövzusunda keçirilən konfransda deyib. “Standartlardan danışarkən hüquqi standartları da unutmaq olmaz. Əgər hansısa ölkədə kibersistem məsələlərinin nəzərə alındığı qanunvericilik varsa, nəticə əldə etmək mümkündür”, – o deyib. “Hazırda informasiya təhlükəsizliyi sahəsində …

Read More »