Bazar , 19 May 2024
Drone Cameras

Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 6 teleradio yayımı stansiyası fəaliyyət göstərir və bu rəqəmin 15-ə çatdırılması nəzərdə tutulur.

Boyukmillet.com  xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Hazırda mövcud stansiyalar vasitəsi ilə 11 televiziya və 7 radionun yayımı həyata keçirilir. Bu sahədə əhəmiyyətli layihələrdən biri olan Şuşa şəhərindəki 130 metr hündürlüyə malik teleradio qülləsinin layihələndirilməsi tamamlanıb və layihənin yaxın günlərdə ekspertizadan keçəcəyi gözlənir. Bu işlər bitdikdən sonra layihənin birbaşa icrasına başlanacaq”, – deyə o qeyd edib.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …