Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə “Report”a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb. Qeyd edək ki, ECMO – ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün …
Read More »Parisdə azərbaycanlı rəssamın sərgisi açılıb
Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb. “Report”un Fransa bürosu xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir. “Ağ vəsiqə” adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib. Sərgi sentyabrın 25-dək davam edəcək. …
Read More »Yaqub Zurufçu koronavirusdan vəfat edib
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib. Boyukmillet.com xəbər verir ki, sənətçi bu gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib. Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulmuşdu. Qeyd edək ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk …
Read More »Azərbaycanda tanınmış müğənni koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulub
Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub. Bunu “Report”a açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib. O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: “Ötən gün vəziyyəti ağırlaşdı. Axşam təcili yardım çağırdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır”.
Read More »Koronavirusa yoluxan Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib
Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib. Bunu “Report”a açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib. O bildirib ki, xaricdən gələn həkimlər yerli həmkarları ilə birlikdə Y.Zurufçunun durumunu izləyiblər: “Həkimlər ötən gecə 2-3 saat Yaqubun başının üstündə olublar, konsilium edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. …
Read More »Dünya şöhrətli musiqiçi zərb alətində ifa edə bilməyəcək
Dünya şöhrətli musiqiçi Fil Kollinzin səhhətində problem yaranıb. “Boyukmillet.com“ “Haber Global”a istinadən xəbər verir ki, bu barədə 70 yaşlı bəstəkar-müğənninin özü məlumat verib. O, əlləri işləmədiyi üçün artıq baraban çalmayacağını və bundan sonra “Genesis” qrupunun çıxışlarında zərb alətində oğlu Nik Kollinzin ifa edəcəyini bildirib. F.Kollinz 2000-ci illərin sonlarında onurğasından ciddi zədə alıb. Qeyd edək ki, F.Kollinz pop/rok janlarında ifalarına görə müxtəlif …
Read More »Yaqub Zurufçunun səhhətində problem yaranıb, reanimasiyaya yerləşdirilib
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib. Bu barədə onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. Onun sözlərinə görə, 65 yaşlı sənətçi bir həftə əvvəl koronavisrusa yoluxub və Yeni Klinikaya köçürülüb: “Yaqub bəyin vəziyyəti hazırda ağırlaşıb. Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır. Millət vəkili Qənirə Paşayeva da tez-tez zəng edib vəziyyəti ilə maraqlanır. Hər kəs diqqət …
Read More »Vaqif Gərayzadə koronavirusa yoluxub: “Özümü yaxşı hiss edirəm”
Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə koronavirusa yoluxub. Bu barədə “Report”a 60 yaşlı bəstəkar özü məlumat verib. O bildirib ki, səhhəti yaxşıdır: “Özümü yaxşı hiss edirəm, xəstəliyi yüngül keçiririəm. Hər şey normaldır və heç nəyə ehtiyac yoxdur”.
Read More »Xalq artisti Vaqif Əliyev vəfat edib
Xalq artisti Vaqif Əliyev vəfat edib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Xalq artisti 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. V.Əliyev avqustun 13-də Yasamal qəbiristanlığında atasının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə …
Read More »Türkiyənin məşhur aktrisası vəfat edib
Türkiyənin məşhur aktrisası Sabina Toziya vəfat edib. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prodüser Bahadır Özdener sosial şəbəkədəki hesabında bildirib. 75 yaşlı aktrisa Makedoniyadan qayıdarkən anidən vəziyyəti pisləşib. Beynində şiş tapılan Toziya Makedoniyanın səhiyyə naziri Venko Filipce tərəfindən əməliyyat olunub. Əməliyyatdan sonra 75 yaşlı aktrisanın sağ tərəfi iflic olub. Qeyd edək ki, Sabina Toziya “Eşkiya dünyaya hökümdar …
Read More »