Bazar , 23 Fevral 2025

İqtisadiyyat

Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. Bu barədə İqtisadiyyat Nazrliyinə istinadən xəbər verir. Görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir. İqtisadiyyat naziri bildirib …

Read More »

Gələn ay 43 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 22-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac keçirəcək. Boyukmillet.com nazirliyə istinadən verdiyi məlumata görə, hərraca 43 dövlət əmlakı çıxarılacaq. Bunlardan 29-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/39wYZuX, https://bit.ly/2HJJap6, https://bit.ly/3mfmNGU, https://bit.ly/2HH9ksD, https://bit.ly/2V6IdtZ) Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən …

Read More »

Azərbaycan banklarına qoyulan depozitlər azalıb

Azərbaycan banklarına qoyulan depozitlər bu il noyabrın 1-nə 22 442,1 milyon manat təşkil edib. Boyukmillet.com  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,2% azdır. Bank depozitləri ilin əvvəlinə nisbətən 9,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,1% azalıb.

Read More »

Dünya ölkələrinin borcu rekord həddə çata bilər

Qlobal borc miqdarı 2020-ci ilin yekununda 277 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çata bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Vaşinqton Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb. “Yeni növ koronavirus infeksiyası nəticəsində meydana gələn iqtisadi tənəzzül keçən ilin sonundan bəri dünya ölkələrinin borcunu 15 trilyon ABŞ dolları miqdarında artırıb. Nəticədə qlobal borc miqdarı 2020-ci ilin III rübünün yekununda 272 …

Read More »

Azərbaycanda sərnişindaşıma kəskin azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 020,2 milyon nəfər sərnişin daşınıb. Boyukmillet.com  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39 % azdır. Son 1 ildə ölkədə yük daşınması isə 18,9 % azalaraq 155,5 milyon ton təşkil edib.

Read More »

Azərbaycanın dövlət büdcəsinin kəsiri 515 milyon manata düşüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 207,1 milyon manat, xərcləri isə 20 722,1 milyon manat təşkil edib. Boyukmillet.com Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% və 12,3% çoxdur. Son nəticədə büdcədə 515 milyon manat kəsir yaranıb. Xatırladaq ki, yanvar-sentyabr aylarının yekunununda büdcə kəsri 677,6 milyon manat olub.

Read More »

Avropada yeni məhdudiyyətlərin tətbiqi neft tələbini azalda bilər

“Avropada antivirus təcridetmənin yenidən bərpası, yəqin ki, qlobal neft tələbatı proqnozunda azalmaya səbəb olacaq”. “Boyukmillet.com” xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) sözçüsü deyib. IEA-nın enerji bazarları və təhlükəsizliyi direktoru Keysuke Sadamori bildirib ki, bununla belə bu dəfə göstəricilər ilin əvvəlindəki məhdudiyyətlərlə müqayisədə daha az olacaq: “Avropa qitəsinin əksəriyyəti blokadadadır ki, bunun da mənfi təsirləri olacaq. Ancaq bu dəfə …

Read More »

SOCAR Palmali-yə qarşı məhkəməni uddu: 49,5 milyon dollar təzminat ödəniləcək

SOCAR Overseas və Palmali arasında gedən məhkəmə işi üzrə London Beynəlxalq Arbitraj Məhkəməsində 5 Noyabr 2020-ci il tarixində arbitraj qərarı verilib. SOCAR-dan verilən məlumatına görə, qərar SOCAR Overseas-in lehinə çıxarılmışdır. SOCAR-ın Palmali-yə qarşı iddiaları təsdiqlənmiş və təxminən 49.500.000 ABŞ dolları məbləğində təzminat müəyyən edilmişdir. Palmali-nin çox milyonluq qarşılıqlı iddiası tamamilə rədd edilmişdir. Xatırladaq ki, SOCAR və Palmali şirkətləri arasında daha …

Read More »

Azərbaycan məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində

Azərbaycan məhsulları ötən gün işə başlamış və noyabrın 10-na qədər davam edəcək 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, sərgi Çinin Şanxay şəhərində keçirilir. Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları – nar şirəsi, fındıq, şərab …

Read More »

Azərbaycan xam neft ixracını 6%-dən çox azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 21,832 mln ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7,158 mlrd ABŞ dolları təşkil edib. Bu ilin doqquz ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 6,11%, dəyəri isə 36,47% azdır. Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 67,66% olub.

Read More »