Şənbə , 22 Fevral 2025

İqtisadiyyat

Bakıda dollar ajiotajı – Banklardan reportaj

“Dollar məsələsinə görə bu camaatın yadından koronavirus çıxıb, nədir? Heç kəs spirtlənmir, maska taxmır. Başqa yerdə isə hamı bir-birindən qaçır. Burada dollara görədir, nədir, hamının koronavirus yadından çıxıb”. Boyukmillet.com bildirir ki, bu sözləri “Yeni Müsavat”a Bakıda banklardan birinin qarşısında dollar almaq üçün növbədə dayanmış orta yaşlı qadın deyib. Metronun “Neftçilər” stansiyası həndəvərində əksər bankların filialları var. Həmin filiallara baş çəkib infeksiyanın …

Read More »

Keçmiş nazirdən devalvasiya təşvişinə REAKSİYA: “Neftin qiyməti 25 dollardan aşağı düşərsə…”

İndiki şəraitdə ölkədə üçüncü devalvasiyanın baş verməsi üçün əsas yoxdur”. Boyukmillet.com bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar vətəndaşlarda yaranan növbəti devalvasiya narahatlığına münasibət bildirən keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. Sabiq maliyyə nazirinin sözlərinə görə, neftin ucuzlaşması fonunda cərəyan edən qlobal iqtisadi proseslər heç də manatın devalvasiyasına yol açmır: “Rusiya və Səudiyyə Ərəbistanı arasında neftin hasilatı …

Read More »

Koronavirusla mübarizə dövründə super ticarət mərkəzlərinin işləməsi doğrudurmu…

Koronavirus (COVİD- 19) 70-dən çox ölkəyə yayılıb və artıq dünya üçün böyük təhdidə çevrilib. Azərbaycanda da virusa yoluxma faktının qeydə alınması ilə bütün qurumlar, o cümlədən, ictimai iaşə obyektləri müxtəlif önləyici tədbirlər görməyə başlayıblar. Bununla yanaşı, 20 marta qədər bağçalar, məktəblər və universitetlərdə tədris dayandırılıb. Tədrisin dayandırıldığı müddət ərzində məktəb, bağça, ali təhsil ocaqlarında dezinfeksiya işləri aparılır. Məlumat üçün bildirək …

Read More »

Rusiya SSRİ kimi parçalana bilər – Novak

Neft qiymətlərinin ucuzlaşması Rusiya iqtisadiyyatı üçün böyük zərbə olacaq. Bu sözlər ukraynalı iqtisadçı Andrey Novakın “Unian” saytındakı məqaləsində yer alıb. O, neft bazarındakı situasiyanın Rusiya rublunun 15% ucuzlaşmasına səbəb olduğunu söyləyib: “Rusiya iqtisadiyyatı üçün yaranan situasiya fəlakətlidir. Bu, 1991-ci ili xatırladır. Bu tarixdə Fars körfəzi hadisələri ucbatından qiymət çöküşü yaşanmışdı. 1991-ci il SSRİ-nin parçalanması ili oldu. Oxşar situasiya indi də …

Read More »

Azərbaycanda benzin ucuzlaşacaq? – Tarif Şurasından CAVAB

Hazırda dünya birjalarında neft qiymətlərində kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olan məhsulların maya və daşınma xərcləri də azalıb. Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir? Azərbaycan Dövlət Neft Şirkəti (ARDŞ) SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, …

Read More »

“Panikaya düşüb, əlinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin” – İqtisadçı-ekspert

“Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin. Heç bir təşvişə ehtiyac yoxdur”.Bu sözləri tanınmış iqtisadçı ekspert Pərviz Heydərov deyib.O bildirib ki, neftin dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına geniş mənada təsir etməyəcək: “2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfer təşkil edir. Belə ki, bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək. …

Read More »

Mərkəzi Bankdan təcili valyuta satışı açıqlaması

“10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilmişdir”. Marja xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir. “Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunmuşdur”,- məlumatda deyilir. Qeyd edək ki, uzun müddətdir Mərkəzi Bank valyuta hərracından sonra satılmış …

Read More »

Banklarda səhər tezdən dollar alveri: “Yoxdur, satılıb” – MÜŞAHİDƏ

Neftin qiymətinin son günlər kəskin ucuzlaşması dollara da tələbatı artırıb. Hətta dolların kursunun dəyişəcəyi ilə bağlı fikirlər də dolaşır . Turkustan.info-nun əməkdaşı bu gün səhər saatlarında bir neçə banka gedərək vəziyyətlə maraqlanıb. Banklardakı real mənzərə dollara tələbatın çox olduğunu təsdiqləyib. Kapital Bankın Cəfər Cabbarlı filialına, Günay Bankın 2 saylı filialına və Muğan Bankın Zivərbəy Əhmədbəyov küçəsində yerləşən filialına baş çəkdik. …

Read More »

Dünyanın ən zəngin insanları bir gündə xeyli zərərə düşdülər

Beynəlxalq birjalarda neftin qiymətinin kəskin ucuzlaşması ilə dünyanın ən zəngin 500 insanı bir gündə 238,5 milyard ABŞ dolları itirib. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, 2020-ci il ərzində analoji biznesmenlərin ümumi itkisi 500 milyard ABŞ dollarına çatıb. Məlumata görə, meksikalı iş adamı Karlos Slim bir gündə 6,01 milyard ABŞ dolları, dünyanın ən zəngin insanı “Amazon”un icraçı direktoru Jeff Bezos 5,6 milyard ABŞ dolları, lüks mallar nəhəngi “LVMH” İdarə Heyətinin sədri (CEO) Bernard Arnault isə 4,36 milyard ABŞ …

Read More »

Azərbaycan nefti 10 dollar ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 10,54 ABŞ dolları, yaxud 22,35% azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,62 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »