Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi ilə Ağcabədi, Ağdam və Tərtər rayonlarında məlumatlandırma sessiyaları keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu rayonlarda ümumilikdə 55 min hektardan çox sahədə payızlıq əkinin aparılması proqnozlaşdırılır. Artıq sahələrdə səpin prosesi …
Read More »Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,50 ABŞ dolları, yaxud 0,60 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,77 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) …
Read More »Elman Rüstəmov: “Bəzi məhsulların bahalaşması daha da sürətlənib”
“Bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib”. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib. “Sorğular nəticəsində əhalinin cəmi 25 faizindən az hissəsi inflyasiyanın artmasını gözləyir”, – o vurğulayıb.
Read More »Azərbaycan iqtisadiyyatının neftdən ASILILIĞI: “Bu, yanacağın qiymətinə təsir edəcək”
“Neftin bahalaşması ölkə iqtisadiyyatının möhkəmlənməsinə və büdcə kəsirlərinin azaldılmasına səbəb olacaq”. Bu sözləri Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı qiymətinin 85,15 ABŞ dollar, “Brent” markalı neftin isə 83 dollar bahalaşmasının mümkün təsirlərini dəyərləndirən iqtisadçı Vüqar Oruc açıqlamasında deyib. İqtisadçıya görə, neftin bahalaşması makroiqtisadi proseslərin tərkib hissəsidir: “Məlumdur ki, dünya iqtisadiyyatının özü birbaşa neftlə bağlıdır. Son zamanlar koronavirusla əlaqədar …
Read More »ADB: “Bu il Azərbaycan iqtisadiyyatı 2,2 % böyüyəcək”
Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi artıraraq 2,2 %-ə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2021” hesabatında bildirilib. Sənədə əsasən, gələn il isə Azərbaycanın ÜDM-si 2,5 % (proqnoz dəyişməyib) səviyyəsində reallaşacaq. Qeyd edək ki, ADB bu ilin sonuna Gürcüstan iqtisadiyyatının 8,5 %, Qazaxıstan iqtisadiyyatının 3,4 % böyüyəcəyini, gələn il …
Read More »İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında”Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncama dəyişikliklə 2.1-1-ci bənd əlavə edilib. Yeni bəndə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının …
Read More »“Aİ-92” markalı benzinin də qiyməti bahalaşacaq” – DEPUTAT
Vahid Əhmədov: “Hər həftə, hər ay qiymətlər dəyişir, əhali çatdıra bilmir, sosial vəziyyət gərgindir”Vüqar Oruc: “Bazarda müəyyən bahalaşma olacaq, lakin bu, ciddi və qeyd olunan səviyyədə baş verməyəcək” Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində yenidən dəyişiklik edilib.“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN həddində qərarlaşıb. SOCAR-ın rəsmi açıqlamasına görə, ölkəmizdə premium …
Read More »Bu ilin sonunadək Azərbaycan məhsulları Rusiyada üç sərgidə nümayiş olunacaq
2021-ci ilin sonunadək İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri öz məhsullarını Rusiyanın Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” və “WorldFood 2021”, Çinin Şanxay şəhərində təşkil olunacaq “Çin Beynəlxalq İdxal Sərgisi” (CIIE) sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Bu barədə “Boyukmilet.com” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Bu ilin 14-16 sentyabr tarixlərində keçiriləcək “Heimtextil Russia …
Read More »Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb
Bu il avqust ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,7 bənd təşkil edib. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 bənd, ilin əvvəlinə nisbətən 2,1 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5 bənd çoxdur. İyulun sonuna milli valyutanın real effektiv məzənnəsi isə 102,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,3 bənd, ilin əvvəlinə nisbətən 2,4 bənd, illik müqayisədə isə 0,6 bənd çoxdur.
Read More »Azərbaycan Gürcüstan məhsullarının idxalını 42 % artırıb
Bu ilin ilk yeddi ayında Azərbaycanın Gürcüstandan idxal etdiyi yerli məhsulların dəyəri 56,1 milyon ABŞ dollarına bərabər olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Hesabata əsasən, bu, illik müqayisədə 41,5 % çoxdur. Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,4 % payla qonşu ölkədən ən çox yerli mal alan ölkələrin ilk onluğunda yeddinci yerdə qərarlaşıb. Yanvar-iyulda Gürcüstandan xaricə ixrac olunan yerli məhsulların …
Read More »