Çərşənbə axşamı , 14 May 2024

Maliyyə

Azərbaycan müdafiə xərclərini artırır

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur. Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 …

Read More »

Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının (KOB Korporasiyası) baş direktoru Aleksandr İsaeviç ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində keçirilən 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub. Görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, sahibkarlara xidmət sahəsində …

Read More »

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim edilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan ictimai inamın …

Read More »

“Bank Respublika” Naxçıvanda müasir konseptdə yeni filialını açdı

Aktivlərinin həcminə görə ölkənin ilk 5 bankından biri olan “Bank Respublika” ASC, yaranmasının 30-cu ildönümündə Naxçıvan şəhərində yeni filialının təntənəli açılışını edib. Tədbirdə iştirak edən Bankın rəhbərliyi rəmzi qırmızı lenti kəsərək müasir konseptdə olan yeni filialı müştərilərin istifadəsinə verib. Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb. Açılışda iştirak edən Azərbaycan Mərkəzi Bankı …

Read More »

İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub

Azərbaycan İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsində kadr dəyişikliyi olub. Boyukmillet.com xəbər verir ki, müdir vəzifəsini müvəqqəti icra edən İlqar Pənahov vəzifəsindən azad edilib. Məlumata görə, onun yerinə Müşviq İbişov təyin edilib. Qeyd edək ki, Müşviq İbişov daha əvvəl bölmənin müdir müavini, İlqar Pənahov isə baş məsləhətçi işləyib.

Read More »

ARDNF-in Müşahidə Şurasının iclası keçirilib

İyunun 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib. ARDNF-in 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin …

Read More »

Azərbaycan EBRD ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalayıb

Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “Facebook” hesabında yazıb. “İmzalanmış memorandum əməkdaşlığımızın genişləndirilməsinə və ölkədə özəl sektorum inkişafını dəstəkləməklə, 2030-cu ilədək sosial-iqtisadi inkişaf hədəflərinə nail olmağa töhfə verəcək”, – nazir bildirib.  Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi …

Read More »

Bakı Banklararsı Valyuta Birjası ləğv olunub

“Bakı Banklararsı Valyuta Birjası” QTSC ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər. Qeyd edək ki, Bakı Banklararası Valyuta Birjası vasitəsilə banklar arasında valyuta əqdlərinin bağlanması 2015-ci ilin …

Read More »

Rəşad Orucov Mərkəzi Bankın sədrinin birinci müavini təyin edilib

Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, R.Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə …

Read More »