Maliyyə

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Bu barədə  İKZF-dən bildirilib “Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir”, – məlumatda deyilir. Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” …

Read More »

Azərbaycanda adambaşına düşən orta illik nağdsız əməliyyat sayı 2 dəfə artırılacaq

Azərbaycanda ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib. “Ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı ödəniş xidmətlərinə əlçatanlığın …

Read More »

Azərbaycanda adambaşına düşən ümumi sığorta haqqı 195 manata çatdırılacaq

Azərbaycanda adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib. “Strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, …

Read More »

Azərbaycanda ödəniş və elektron pul təşkilatları üçün kapital tələbi müəyyən edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması (1), kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri …

Read More »

Azərbaycan Mərkəzi Bankı “PAŞA Bank”ı cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-yə qarşı 3 109 manat maliyyə sanksiyası tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir. Məlmata görə, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normalarından istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər AMB haqqında qanuna əsasən, qurumun “Məcburi ehtiyatların norması, hesablanması …

Read More »

Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzura 5,6 milyard manata yaxın pul xərcləyib

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, həmin vəsaitin 4 milyard 800 milyon manatı və yaxud 85,9 %-i Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və yaxud 2,6 %-i Prezidentin ehtiyat fondunun, 145,3 milyon manatı və yaxud 2,6 %-i dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı …

Read More »

Azərbaycanın bank sektorunun xalis mənfəəti 18 % artıb

Azərbaycanın bank sektoru 2023-cü ildə 1 milyard 075,9 milyon manat xalis mənfəət əldə edib. Boyukmillet.com  xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 17,65 % çoxdur. Ötən il bankların vergiyəqədərki mənfəəti 1 milyard 381,1 milyon manat (əvvəlki ilə nisbətən 17,7 % çox), mənfəət vergisi ödəmələri isə 308,2 milyon manat (17,9 % çox) təşkil edib.

Read More »

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

“Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir. Qurum bəyan edib ki, “QHT-lərin illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə …

Read More »

Maliyyə Nazirliyi Çağrı Mərkəzinin nömrəsini dəyişib

Maliyyə Nazirliyi vətəndaşların müraciətlərini artıq 012 404 46 99 nömrəsi ilə deyil, “8778” qısa nömrəsi vasitəsilə qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, Çağrı Mərkəzinin xidmətindən istifadə etmək üçün vətəndaşlar “8778” qısa nömrəsinə stasionar və bütün #mobil telefonlardan birbaşa müraciət edə bilərlər. Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-a qədər fəaliyyət göstərir.

Read More »

Azərbaycan auditorları, maliyyəçiləri və qiymətləndiriciləri Prezidentə dəstək bəyanatı qəbul ediblər

Bu gün Bakıda “Hesabatlıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” mövzusunda keçirilən forumun iştirakçıları (audit, maliyyə menecmenti, qiymətləndirmə sahəsində ixtisaslaşmış assosiasiyaları) adından Prezident İlham Əliyevin siyasətini dəstəkləyən bəyanat qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dövləti hazırda inkişafının yeni tarixi mərhələsinə qədəm qoyub. 2023-cü …

Read More »