Maliyyə

Naxçıvanda 1 600-ə yaxın yeni vergi ödəyicisi qeydiyyata alınıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 559 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Boyukmillet.com xəbər verir ki, bunların 1 467-si fiziki, 92-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 % artıb. Bu ilin birinci rübündə kommersiya qurumlarının 60 %-i elektron qaydada, 40 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Read More »

IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımını 2,8 % səviyyəsində proqnozlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb Ötən ilin oktyabrında IMF 2024-cü ildə Azərbaycanda iqtisadi artımı 2,5 % proqnozlaşdırırdı. Bununla belə, Valyuta Fondunun IV maddəsinə uyğun olaraq məsləhətləşmələrdən sonra açıqladığı hesabata görə, 2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 2,3 %, 2029-2032-ci …

Read More »

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb

2023-cü ildə Azərbaycandan Rusiyaya 74 milyon 184 min ABŞ dolları pul köçürülüb. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 21,9 % azdır Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin ümumi köçürmələrdə payı 13,6 %-dan 13,5 %-ə düşüb. Ötən il Rusiyadan Azərbaycana isə 1 milyard 47 milyon 523 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,8 dəfə azdır. İl ərzində Rusiyadan Azərbaycana pul köçürmələrinin …

Read More »

Hesablama Palatası ötən il 9 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-ya müraciət edib

2023-cü ildə Hesablama Palatası 8 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 1 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) Sumqayıt Tibb Mərkəzinin (1), Təhsil Nazirliyinin tabeliyindəki Naxçıvan Dövlət Universitetinin (2), Gənclər və İdman Nazirliyinin (3), ləğv edilmiş Bakı …

Read More »

Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin maaş artımının maliyyə tutumu açıqlanıb

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin ümumi tutumu 4,9 milyon manat təşkil edir. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında deyib. Onun sözlərinə görə, vergi orqanlarınında, Naxçıvan istisna omaqla, 2 718 vəzifəli şəxs var. Qeyd edək ki, əsasnaməyə təklif edilən dəyişikliyə əsasən, vergi orqanlarının …

Read More »

Azərbaycanda ötən il 727 milyon manat artıq və əsassız ödənişlər aşkarlanıb

2023-cü ildə Azərbaycanda dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi, vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarətin gücləndirilməsi istiqamətində Maliyyə Nazirliyinin gördüyü işlər nəticəsində ümumilikdə 726,5 milyon manat artıq və əsassız ödənişlər aşkar olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir. Sənədə əsasən, bunun 3,6 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib. Nazirliyin müvafiq iş planına əsasən …

Read More »

Hesablama Palatası Dövlət Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edib

Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirdiyi audit nəticəsində nöqsanlar aşkar edilib. Boyukmillet.com bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb, 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinə qədər həyata keçirilmiş ümumilikdə 398,3 milyon manat məbləğində 253 satınalma …

Read More »

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış Memorandum qüvvəyə mindikdən sonra Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan …

Read More »

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 7 % azalıb

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 473,728 milyon manat təşkil edib. Boyukmillet.com DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 12,3 % artaraq 136,952 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 13,9 % azalaraq 314,878 milyon manat, aksizlər üzrə daxilolmalar 24,7 % artaraq 18,507 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 23,7 % azalaraq 3,392 milyon manat olub.

Read More »

Hesablama Palatasının builki Əməliyyat Planı təsdiq edilib

Hesablama Palatasının strateji planının 2024-cü il üzrə Əməliyyat Planı, Monitorinq Çərçivəsi və Risk Reyestrinin layihələri təsdiq edilib. Bu barədə  Palatadan bildirilib. Belə ki, qurumda sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. İclasda Palatanın strateji planının 2023-cü il üzrə Əməliyyat Planının və Monitorinq Çərçivəsinin icra vəziyyəti barədə, habelə keyfiyyətə nəzarətlə bağlı illik hesabat təqdim edilib. Əməliyyat planında nəzərdə tutulmuş tədbirlərin …

Read More »