Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan heç bir diplomatik etiket normalarına sığmayan tərzdə Türkiyənin arxasınca danışıb. O qeyd edib ki, Gürcüstan Türkiyədən ehtiyatlı olmalıdır: “Həmin ölkənin bütün qonşuları ilə problemi var. Kipr, Yunanıstan, Suriya, İraqı bura aid edə bilərik”. Paşinyan qeyd edib ki, Türkiyənin Gürcüstana da ərazi iddiası var: “Türkiyə digər qonşuları ilə problemi yoluna qoyandan sonra Batumini …
Read More »“Adi stuldan yoxdur? Götürün, belə şeylərə yol vermək olmaz…” – Prezidentdən irad + VİDEO
“Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə deyib. Ölkə başçısı onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.
Read More »Naxçıvanda nazir dəyişdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com-un məlumatına görə, Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilsin”. Qeyd edək ki, Vüsal Sevdimaliyev …
Read More »İlham Əliyev Ağstafada açılış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gedib. Dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Read More »Vilayət Eyvazov Narkotiklərlə Mübarizə İdarəsini ləğv etdi
Daxili İşlər Nazirliyində aparılan struktur dəyişikliklər nəticəsində Bakı Şəhər Baş Polis İdarəsində 1 idarə və 1 şöbə ləğv edilib.Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.Ləğv olunan qurumlar Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsidir.
Read More »Bakıda partiya sədri həbs edildi
Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi İlham Əliyev həbs olunub. Bu barədə İslam Partiyası məlumat yayıb.Boyukmillet.com Turan-a istinadla xəbər verir ki, AİP-ə rəhbərlik edən İlham Əliyev fevralın 29-da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Bu gün, martın 2-də Səbail Rayon Məhkəməsi İlham Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Partiya bildirir ki, İlham …
Read More »FHN və idarələrindəki yeməkxanaları niyə bağlayıblar? – Kəmaləddin Heydərovla bağlı daha bir müəmmalı xəbər
Fövqaladə Hallar Nazirliyində və baş idarələrində fəaliyyət göstərən yeməkxanalar fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu sözləri İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli deyib O bildirib ki, artıq bir neçə gündür işləməyən yeməkxanaları Qida Təhlükəsizliyi Agentliyi baglayıb: “Lakin nazirlikdən olan başqa etibarlı mənbə bildirir ki, yeməkxanalar şəxsən nazir Kəmaləddin Heydərovun göstərişi ilə fəaliyyəti dayandırılıb. Görünür, nazirə görə çox yemək zərərlidir…”. Xatırladaq ki, …
Read More »Siyasi sadiqlik əzmi
Yolumuz inkişaf, sabitlik və rifah yoludur Bu ay 9 fevral tarixdə keçirilmiş seçkilər və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası çox qədim və zəngin dövlətçilik ənənələrinə malik diyarımızın siyasi tarixində yeni inkişaf mərhələsinin əsasının qoyulması ilə yadda qaldı. Əvvəla, onu qeyd edək ki, Ali Məclisə keçirilən seçkilərdə ümumi seçici siyahılarına daxil edilmiş seçicilərdən 190 min 669 nəfərinin, …
Read More »ABŞ Talibanla barışıq imzaladı – 19 illik müharibəyə son!
Dünya Suriyanın şimal-qərbində – İdlibdəki hadisələri seyr edərkən, bu gün Yaxın Şərqin başqa bir ölkəsində tarixi bir müqaviləyə imza atıldı. 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğalı ilə hakimiyyətdən uzaqlaşdırılmış Talibanla sülh müqaviləsi bu gün Qətərdə rəsmi olaraq imzalandı. Boyukmillet.com xəbər verir ki, 19 illik müharibəyə son qoyacaq razılaşma ilə, 8,5 min ABŞ-dan olan 14 min əsgər ölkəni tərk edəcək, müddəti 14 aydır. …
Read More »Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycan teatrına ağır itki üz verib.Boyukmillet.com xəbər verir ki, Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı dünyasını dəyişib.Məlumatı teatrın aktyoru İlham Əsədov verib.Qeyd edək ki, Ağaxan Salmanlı 78 yaşında dünyasını dəyişib.
Read More »