Cümə , 26 Aprel 2024

Manşet

Azərbaycan Prezidenti: “Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar”

“Artıq qeyd etdik ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür. Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq. Siz artıq qeyd etdiniz ki, Xəzəryanı ölkələrin əməkdaşlığı da çox dinamik, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb”. Boyukmillet.con xəbər verir ki, bunu Prezident İlham Əliyev …

Read More »

Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib

“Münaqişəyədək Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub”. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin hökumət saatında bildirib. O daha sonra Şuşanın erməni şəhəri olmadığına işarə edib: “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?”. Qeyd edək ki, N.Paşinyanın bu çıxışı Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Şuşa …

Read More »

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış xatirə sikkəsi tədavülə buraxılıb. Boyukmillet.com  xəbər verir ki, gümüş pulun bir üzündə Azərbaycanın Zəfər rəmzi hesab olunan xarı bülbül simvolu, digər üzündə isə Azərbaycan xəritəsi, bayrağı, ay-ulduz və gerbi əks olunub.Gümüş sikkənin üzərində həmçinin Ağdam məscidi və Şuşa qalası da təsvir olunub. 50 manat dəyərində olan gümüş pul kolleksionerlərin istifadəsi üçün artıq satışa təqdim edilib. 

Read More »

Vilayət Eyvazov rəisi sərəncama göndərdi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov sərəncama göndərilib.

Read More »

Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

Bu gün saat 12:00-da “Bakı Metropoliteni” QSC-də qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq matəm fiti verib. Bu barədə  qurumdan bildirilib. Məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hazırda Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırıldığı üçün anım mərasimi yalnız “Nərimanov” elektrik deposunda baş tutub. Matəm fiti deponun yollarında yayılıb. Səhmdar cəmiyyətinin rəhbərliyi və kollektivin nümayəndələri burada canını Vətənə fəda etmiş …

Read More »

20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub. Həzi Aslanov …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. …

Read More »

Mehriban Əliyeva “Instagram”da 20 Yanvarla bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, paylaşımda deyilir: “Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Read More »

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin …

Read More »

20 Yanvar hadisələrindən 31 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl …

Read More »