Çərşənbə , 15 May 2024

Manşet

Azərbaycanda vaksin vurulan şəxslərə pasport veriləcəyi təsdiqləndi

Yekun tövsiyələrə əsasən COVID-19-a qarşı peyvənd olunan şəxslərin cari qeydiyyatı aparılacaq. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb. Strategiyada qeyd olunub ki, vaksin vurulanların müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyacları da qarşılanacaq. Xatırladaq ki, bu gündən ölkədə vaksinasiya prosesinə başlanılır.

Read More »

Bu gündən sərt karantin rejimi yumşaldıldı

Bu gündən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın imzaladığı qərar qüvvəyə minib.Boyukmillet.com xəbər verir ki, bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci …

Read More »

Daha bir müharibə qazisi yüksək texnologiyalı protezlə təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Vətən müharibəsində yaralanmış Seyidəkbər Vaqif oğlu Xalıqov (Bakının Sabunçu rayonu) və ailəsi ilə görüşüblər. ƏƏSMN-dən  verilən məlumata görə, qazinin özü, valideynləri və biri azyaşlı olan iki qardaşından ibarət olan ailənin istəyi nəzərə alınmaqla, Seyidəkbərin anası ödənişli ictimai işlə təmin edilib. Atası çilingərlik, qazi özü və qardaşı isə şirniyyat istehsalı üzrə kiçik biznes sahələrini …

Read More »

Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyanın daha iki səyyar qrupu yaradılıb

“Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiya müraciət edən bəzi vətəndaşlarımız könüllü olaraq komissiyanının işinə köməklik etməsi ilə bağlı müraciətlər ediblər. Bu da tərəfimizdən müsbət qarşılanıb. Həmin vətəndaşlar komissiyaya könüllü qoşularaq digər vətəndaşlarımıza köməklik göstərirlər”.Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.“Vətəndaşların gediş-gəlişini və rahatlığını nəzərə …

Read More »

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. R.T.Ərdoğan Azərbaycanın haqlı davasında böyük mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin bölgədə sülh və sabitlik üçün yeni imkanlar yaratdığını deyib. O, yeni dönəmdə Türkiyənin Azərbaycana bütün sahələrdə töhfə və dəstək verəcəyini vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad etdiyi …

Read More »

“Azərİşıq”: İşığımız Şuşada yandı!

“Azərişıq” ASC Şuşa ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması göstərilib. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirimişdi. Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali …

Read More »

Saatlıda şəhid hərbçi dəfn edilib

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan daha bir hərbi qulluqçusu dəfn edilib. Boyukmillet.com xəbər verir ki, Saatlı rayonunun Azadkənd kəndindən olan 1996-cı il təvəllüdlü Ələm Sərvər oğlu Hüseynov bu gün doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Ə.Hüseynov Vətən müharibəsində itkin düşmüş 64 hərbçidən biri idi. Allah rəhmət eləsin!

Read More »

65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlandı

Fevralın 1-dən 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Read More »

Beynəlxalq və ölkədaxili uçuşlara bileti olan şəxslərin hərəkət qaydası açıqlanıb

Yanvarın 18-dən 25-dək beynəlxalq və ölkə daxili uçuşlara icazə veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarında bildirilir. Qeyd olunub ki, yanvarın 18-i saat 00:00-dan yanvarın 25-dək saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, …

Read More »

Azərbaycanda “SMS” icazə ləğv olunur

Azərbaycanda “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Qərara əsasən, 2020-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı …

Read More »