Cümə , 29 Mart 2024
Drone Cameras

Türkiyədən BTQ ilə Rusiyaya hərəkət edəcək ilk ixrac qatarı yola çıxıb

Bu gün Türkiyədən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Rusiyaya hərəkət edəcək və yerli istehsal olan məişət texnikası daşıyacaq ilk ixrac qatarı yola çıxıb.

Boyukmillet.com bu barədə türk mətbuatına istinadən xəbər verir.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bildirib ki, 15 vaqonluq ixrac qatarı paytaxt Ankaradan BTQ ilə 4 650 km yol qət edərək 8 günə Rusiyanın paytaxtı Moskvaya çatacaq. Daşımanın operatorları “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti – “ADY Konteyner” MMC (Azərbaycan) və “Russian Railways Logistics” (Rusiya) şirkətləridir.

Bundan başqa, nazirlik Çin istiqamətində də yeni ixrac qatarının yola çıxacağını bildirib. Qatar 12 gün ərzində Çinin Sian şəhərinə çatacaq.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …