Bazar , 28 Aprel 2024
Drone Cameras

Çavuşoğlu: “İlham Əliyevin 3+3 formatdakı əməkdaşlıq təklifini digər liderlər də dəstəkləyib”

“Digər liderlərin Azərbaycan Prezidenti İlham Əliyevin təklifini dəstəkləməsi ilə Cənubi Qafqazda 3+3 formatında bir əməkdaşlıq planlaşdırırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 29-da İstanbulda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Cənubi Qafqazdakı sülh və sabitlik hər kəsin xeyrinədir. Bu bölgədəki normallaşma bütün regionun xeyrinə olacaq, xüsusilə Ermənistan və Ermənistan xalqına faydalı olacaq. Yəni Ermənistanın da bu mənada konstruktiv addımlar atacağını gözləyirik”, – nazir bildirib

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …