Cümə , 26 Aprel 2024

Manşet

Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub.

Read More »

Meksika və Peru paytaxtlarında “Xocalıya ədalət” çağırışı

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları işıqlandırılır. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən  verilən məlumata görə, lövhələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət” …

Read More »

Xocalı qətliamı ABŞ-ın Yuta Universitetində müzakirə olunub

ABŞ-ın Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Elin Süleymanovun Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş onlayn mühazirəsi baş tutub. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən  verilən məlumata görə, Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan mühazirədə səfir Süleymanov “Human Rights Watch” təşkilatının da qeyd etdiyi kimi, Xocalıda azərbaycanlılara qarşı ən böyük qətliamın həyata keçirildiyini bildirib, qadınlar, yaşlılar və uşaqlar …

Read More »

Xocalı soyqırımından 29 il ötür

Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür. Boyukmillet.com xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il …

Read More »

Milli Həmrəylik Partiyasının (MHP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANATI

Milli Həmrəylik Partiyasının (MHP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Bəyanat Bu gün tarixin və insanlığın ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımının 29-cu ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı rus-sovet motoatıcı alayının hərbçilərinin köməyilə Avropanın bir hissəsi olan Azərbaycan ərazisində – Xocalı şəhərində kütləvi qırğın, qanlı soyqırımı törədiblər. Həmin gecə Xocalıda …

Read More »

Vuqar Oruc: “İnvestisiya Holdinqdən böyük gözləntilər var”

Ötən ilin avqust ayında Azərbaycanda yeni bir qurumun – İnvestisiya Holdinqinin əsası qoyuldu. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda qeyd olunduğu kimi, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədilə yaradılan İnvestisiya Holdinqi qısa müddətə xeyli aparıcı dövlət qurumunu öz nəzarətinə götürdü. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucla …

Read More »

Ersin Tatar Avstriyanın səfirini qəbul edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Avstriya səfiri Eva Maria Ziegleri qəbul edib.   Boyukmillet.com xəbər verir ki, Prezident Tatar Kipr Türk tərəfinin 5 + BMT-nin qeyri-rəsmi görüşləri üçün xoşməramlı və səmimiyyətlə hazırlandığını bildirib. Ersin Tatar bu anlayışla irəli sürdükləri yeni fikirlərə uyğun olaraq, Kipr Türk tərəfinin vizyonunu Kiprdə ədalətli, realist və davamlı bir barışığa çatmağın yolu hər iki …

Read More »

İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün …

Read More »

ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil küçələrdə hərəkət edəcək

“Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində üzərində faciəyə dair faktları əks etdirən rəqəmsal plakatlı xüsusi avtomobil küçələrdə hərəkət edir. Bu barədə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib. O bildirib ki, layihə ACMA-nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin …

Read More »

“Kipr Türk xalqı qeyri-insani embarqolara məruz qalır” – Çavuşoğlu BMT-yə çağırış etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasının yüksəksəviyyəli bölümündə videoformatda müraciət edib. Boyukmillet.com xəbər verir ki, Çavuşoğlu müraciətində Kipr məsələsinə də toxunub.  Nazir problemin həlli üçün hər cür səy göstərməsinə baxmayaraq, Kipr Türk xalqının qeyri-insani embarqolara və haqsız təcridə məruz qalmağa davam etdiyini vurğulayıb.  “Bu təzyiqlərə baxmayaraq, Kiprli Türklərin yaşayan bir demokratiya şəklində fəaliyyət göstərən …

Read More »