Çərşənbə , 15 May 2024

Manşet

Müharibə əlilləri və şəhid ailələri 2025-ci ilədək evlə təmin ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.Boyukmillet.com xəbər verir ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə …

Read More »

Azərbaycanda karantin rejimi yenə yumşaldıldı

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərar bu gündən qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir: ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi …

Read More »

Bu gündən rayonlara gəliş-gediş açıldı

Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün şəhərlərarası və rayonlararası hərəkətlə bağlı sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, şəhərlərarası və rayonlararası hərəkət 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

Read More »

Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək

Vətən müharibəsində yaralanmış qazilərimizlə bağlı sosial dəstək işləri müharibədə xəsarət alaraq sağ ayağının bir hissəsi amputasiya olunmuş Rüstəmli Vüsal Tağı oğlunu və ailəsini (Lənkəran şəhəri) də əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, nazirliyin əməkdaşları Vüsal Rüstəmlini ziyarət ediblər. Qazinin ailəsi 6 nəfərdən (özü, anası, qardaşı, həyat yoldaşı və iki azyaşlı övladı) ibarətdir. Onun atası vəfat …

Read More »

Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib

Bu ilin 24 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib. Türkiyə xarici işlər naziri gəmi heyətinin …

Read More »

İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 23-də İsmayıl Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com məlumatına görə, Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda elmin inkişafında xidmətlərinə görə İsmayıl Muxtar oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilsin”. Qeyd edək ki, İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin sədri və Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. Təsdiq edilən tədbirlər planına …

Read More »

Naxçıvanın cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da artırılacaq

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib.Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ildə polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə …

Read More »

Hərbi gücə görə Cənubi Qafqazda liderik – ordumuz yeni qırıcılar alır

Ekspert: “Dünya dövlətləri yaxşı görür ki…” Azərbaycan 2021-ci il üzrə “Qlobal atəş gücü” (Global Firepower Index) reytinqində 138 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Bu, Cənubi Qafqaz regionunda ən yüksək göstərici olub. Digər Cənubi Qafqaz ölkələrinə gəldikdə, Gürcüstan 92-ci, Ermənistan isə 100-cü yerdədir. Bundan əlavə, daha bir mühüm xəbər var. Belə ki, Azərbaycan  Pakistan-Çin birgə istehsalı olan «JF-17» (Block III) qırıcı-bombardmançılarını …

Read More »

Türkiyə Azərbaycan-Türkmənistan Anlaşma Memorandumunu alqışladı

“Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq”.Boyukmillet.com-un məlumatına görə, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumuna dair açıqlamasında yer alıb.Nazirlik anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan …

Read More »

Fatih Dönməz: “Türkiyə-Naxçıvan qaz xətti üzrə işlər tam sürətlə aparılır”

2020-ci ilin sonunda imzalanan Türkiyə-Naxçıvan təbii qaz boru xətti layihəsi üzrə işlər tam sürətlə davam etdirilir. “Boyukmillet.com” Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, hədəfimiz Naxçıvana da fasiləsiz və təhlükəsiz təbii qaz təminatını həyata keçirməkdir. O qeyd edib ki, 85 kilometrlik bu xətlə daşınacaq illik 500 milyon kubmetr təbii qaz Naxçıvanda yaşayan yerli …

Read More »