“Biz məhz Şuşanı azad edəndən sonra 8 noyabr tarixində Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara baha başa gələcək. Halbuki onlar əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının …
Read More »Dövlət başçısı: “Biz Ermənistanla, himayədarları ilə, dünya erməniliyi ilə müharibə aparmışıq və qalib gəlmişik”
“Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların nə siyasi, nə iqtisadi, nə də insan resursu yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “Hesab edirdim ki, Ermənistanda anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin …
Read More »Azərbaycan Prezidenti: “Əminəm ki, qurultay iştirakçıları qədim Şuşaya böyük həvəslə gəliblər”
“Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı …
Read More »“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan edib. Bu barədə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak üçün layihə təklifləri [email protected] elektron poçt ünvanı vasitəsi ilə qəbul ediləcək. Qeyd olunub ki, layihələrin qəbulu 7 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il saat 18:00-a kimi təşkil ediləcək.
Read More »Azərbaycanda ilk dəfə Qarabağ atları hərrac yolu ilə satışa çıxarılır
Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq. Bu barədə nazirlikdən bildirilib. Aprelin 15-də keçiriləcək hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar olacaq. Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı …
Read More »Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 6 il ötür. Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə …
Read More »Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın ildönümüdür. Boyukmillet.com xatırladır ki, soyqırımdan 104 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, …
Read More »Suqovuşanda ikimərtəbəli yeni məscidin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar. Boyukmillet.com xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qəsəbədə inşa olunacaq məscidin layihəsi barədə məlumat verdi. Bildirildi ki, ümumi ərazisi …
Read More »Prezident: “Şadam və xoşbəxtəm ki, Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik”
İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdıqdan …
Read More »Prezident Suqovuşandan Azərbaycan xalqını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində olub. Prezident İlham Əliyev Suqovuşandan Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Bununla bağlı reportaj saat 16.00-da telekanallar vasitəsi ilə yayımlanacaq.
Read More »