“Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir”. Boyukmillet.com xəbər verir ki, bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib. “Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar …
Read More »Prezident: “Müharibə vaxtı Rusiyadan Ermənistana silah daşınması üzrə bütün istiqamətləri izləyirdik”
Biz hamımız bilirik ki, Ermənistanda Rusiyanın Qarabağdakı müharibəyə müdaxilə edəcəyinə dair çox gözləntilər var idi. Bu baş vermədi. Çünki biz öz ərazimizdə döyüşürdük. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Read More »Prezident: “Çox tezliklə Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək”
Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü çox tezliklə keçiriləcək.
Read More »Dövlət başçısı: “Zəngilan hava limanı bu il, Laçın aeroportu isə 2024-cü ildə istifadəyə veriləcək”
Laçında beynəlxalq hava limanının tikintisi mərhələsindəyik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı qeyd edib ki, Zəngilan hava limanı bu il, Laçın hava limanı isə yəqin ki, 2024-cü ildə istifadəyə veriləcək.
Read More »Prezident: “Sülh razılaşması imzalansa və baza prinsipləri tanınsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”
“Biz aktiv şəkildə Cənubi Qafqazda yeni eranı müdafiə edirdik. Sülh və əməkdaşlıq erası. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. “Hökumət Azərbaycanın irəli sürdüyü Ermənistanla sülh razılaşmasının təməli olacaq 5 baza prinsipini qəbul etdi. Eyni …
Read More »Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 99 il ötür
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunur. Boyukmillet.com xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə …
Read More »Prezident: “Ermənilər müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər müharibə daha tez dayana bilərdi”
“Biz məhz Şuşanı azad edəndən sonra 8 noyabr tarixində Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara baha başa gələcək. Halbuki onlar əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının …
Read More »Dövlət başçısı: “Biz Ermənistanla, himayədarları ilə, dünya erməniliyi ilə müharibə aparmışıq və qalib gəlmişik”
“Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların nə siyasi, nə iqtisadi, nə də insan resursu yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “Hesab edirdim ki, Ermənistanda anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin …
Read More »Azərbaycan Prezidenti: “Əminəm ki, qurultay iştirakçıları qədim Şuşaya böyük həvəslə gəliblər”
“Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı …
Read More »“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan edib. Bu barədə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak üçün layihə təklifləri [email protected] elektron poçt ünvanı vasitəsi ilə qəbul ediləcək. Qeyd olunub ki, layihələrin qəbulu 7 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il saat 18:00-a kimi təşkil ediləcək.
Read More »