Cümə , 26 Aprel 2024

Manşet

Milli Məclis Şuşa adından istifadə ilə bağlı layihəni qəbul edib

Milli Məclis Şuşa adından istifadə ilə bağlı layihəni III oxunuşda qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi və Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri I oxunuşda parlamentin …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Beynəlxalq Folklor Festivalında iştirak edirlər

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak edirlər. Qeyd edək ki, festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur. Tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 …

Read More »

Ağdamda 3 şəhidimizin məzarı tapıldı – FOTO

Ağdam rayonunun Şıxbabalı kəndində üç şəhidimizin məzarı tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə kənd sakini Rey Kərimoğlu məlumat verib. Qarabağ qazisi bildirib ki, kəndin qəbiristanlığı işğal dövründə dağıdılıb: “Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində şəkildə göründüyü kimi belə bir işarələr qoyulub. Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun! …

Read More »

Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunub

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb. Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa nöqtələrində təşkil olunub. Fləşmob iştirakçılarının iştirakı ilə Cıdır düzündə ümummilli lider …

Read More »

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. …

Read More »

Prezident İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda Ulu Öndərin aşağıdakı sözləri yer alıb: “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!”. pic.twitter.com/OhGBsd7xoN— İlham Əliyev (@azpresident) May 9, 2022

Read More »

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam …

Read More »

Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə sizi təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”.

Read More »

Kəlbəcər istiqamətində mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bu barədə “Boyukmillet.com” Müdafiə Nazirliyinə istinadən xəbər verir.Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Read More »