Çərşənbə , 15 May 2024

Manşet

“Nazlı Saray”da toy edən vətəndaş aldadıldığını deyir – Restoran isə ittihamla razılaşmır – VİDEO

Bakı şəhər sakini Allahverdiyev Rəfael Mehdi oğlu Azinforum.az-a müraciət edərək bildirib ki, bu ilin oktyabr ayının 30-da 8-ci km-dəki “Nazlı Saray” adlı şadlıq sarayında toy edib, ancaq restoran rəhbərliyi razılaşdırılan şərtlərin çoxunu pozaraq onu aldadıb. Şikayətçi deyir ki, onun toyu 4 saat davam etsə də, cəmi 3 saatın videoçəkilişini veriblər: “Vedoçəkilişdə söz verilən kran çəkilişi olmayıb. Ümumi çəkilişin keyfiyyəti isə …

Read More »

İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”

“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı deyib. “Mən demişdim ki, bizə tarix …

Read More »

Azərbaycan Prezidentindən Ermənistana çağırış: “Bizim şərtlərimizi qəbul etməlidirlər”

“O ki qaldı Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır”. Boyukmillet.com  xəbər verir ki, …

Read More »

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfərə gediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərə gəliblər. Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan …

Read More »

Azad olunan ərazilərdə aşkarlanan mədəniyyət abidələrinin sayı açıqlanıb

“Keçən il oktyabrın axırından Prezident İlham Əliyevin təsis etdiyi monitorinq qruplarında Mədəniyyət Nazirliyinin əməkdaşları da təmsil olunurlar”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ötən il noyabr ayından etibarən monitorinqlər davam etdirilir: “Monitorinqlər nəticəsində işğaldan azad edilən ərazilərdə tarix mədəniyyət abidələrimiz, eləcə də mədəniyyət müəssisələrimiz aşkar edilir. Təxminən, 400-ə yaxın mədəniyyət abidəsi, …

Read More »

Azərbaycan Ordusunun PUA bölmələri təlim-məşq uçuşları keçirib

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub. Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş …

Read More »

Laçının erməni işğalından azad olunmasından bir il ötür

Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal etmişdi. …

Read More »

Elçin Quliyev: “Prezident həlak olanların dəfni, yaralıların müalicəsi ilə bağlı tapşırıqlar verib”

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Dəfn tədbirləri sabah valideynlərlə məsləhətləşilməklə həyata keçiriləcək”. Boyukmillet.com xəbər ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib. O, helikopter qəzasında həlak …

Read More »

Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib

“Azərbaycanda bu gün Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlənərək öyrəndik”. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində qeyd olunub. “Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildiririk”, – tvitdə bildirilib. #Azerbaycan’da bugün Devlet Sınır Hizmetlerine ait helikopterin düştüğü haberini üzülerek öğrenmiş bulunuyoruz. Bu elim …

Read More »