Manşet

Xudafərin körpüsünün işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Boyukmillet.com xəbər verir ki , Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi – Hacılı kəndi və Hacı İsaqlı …

Read More »

Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur

Oktyabrın 16-da Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib. Boyukmillet.com -un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, buraxılış mərasimində Azərbaycandan nümayəndə heyəti və ölkəmizin Ankaradakı səfirliyinin nümayəndələri iştirak edib.Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonda məzunlara kursu …

Read More »

Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Boyukmillet.com xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 …

Read More »

Ermənistanın Gəncə və Mingəçevirdə törətdiyi növbəti terrordan bir il keçir

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə …

Read More »

Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib. Nazirlikdən daxil olan xəbərdarlıqda deyilir: “Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır”.

Read More »

Hərbi qulluqçumuz şəhid olub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Bu barədə Boyukmillet.com Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir. Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! …

Read More »

Bakıda “Zəfər” yarmarkası keçiriləcək

Dənizkənarı Bulvarda 44 günlük Vətən müharibəsində qələbəyə həsr olunan “Zəfər” yarmarkası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutacaq tədbirdən əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılara dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək. “Zəfər” yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Read More »

Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin meri Tod Qloria xüsusi bəyannamə imzalayaraq, 18 oktyabr tarixini San Dieqo şəhərində “Azərbaycan Müstəqilliyinin Bərpası Günü” elan edib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Baş Konsulluğa təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini …

Read More »

Ceyhun Bayramov: “Ermənistanın Gəncə cinayəti cəzasız qalmamalıdır”

“Bu gün Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür”. Boyukmillet. com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb. “İnsanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır. Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik”, – o vurğulayıb. Bu gün #Azərbaycan|ın ikinci böyük şəhəri #Gəncə|nin …

Read More »

Gəncə və Mingəçevirin raket atəşinə tutulmasından 1 İL KEÇİR

Gəncə və Mingəçevir şəhərlərinin Ermənistan tərəfindən raket atəşinə məruz qalmasından bir il keçir. Boyukmillet.com xatırladır ki, saat 02:00 radələrində Gəncə şəhərinin mərkəzində bir yaşayış binası raket atəşinə məruz qalıb. Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, düşmənin Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə …

Read More »