Cümə , 3 May 2024

Manşet

Zəfər gününə həsr olunan tamaşalar festivalı keçiriləcək

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin birinci ildönümünə həsr olunan “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Teatr Xadimləri İttifaqından məlumat verilib. Noyabrın 2-dən 5-dək davam edəcək tədbirin təşkilatçısı Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqıdır. Bildirilib ki, tarixi zəfərə həsr olunan festivalın keçirilməsində əsas məqsəd Azərbaycan Prezidenti, Müzəffər …

Read More »

İlham Əliyev və Ərdoğan Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda səfərdə olublar. Boyukmillet.com -un xəbərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

Read More »

Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Xatırladaq ki, yanvarın …

Read More »

Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və birinci xanımı salamlayıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, mərkəzin yaxınlığındakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və qızları Leyla Əliyevanı salamlayıblar.

Read More »

Milli Qəhrəman Şükür Həmidovun şəhid olmasından bir il ötür

Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun şəhid olmasından bir il ötür. Boyukmillet.com xəbər verir ki o, 2020-ci ilin oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ş.Həmidov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. 1982-ci ildə Qubadlı rayonunun …

Read More »

Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib. Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb: “Bu mövzuyla bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, …

Read More »

Prezident: “Laçın dəhlizinə çıxdıqda düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb”

“Zəngilan doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır. Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim – bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur …

Read More »

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. “Boyukmillet.com-un xəbərinə görə, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı kəndləri, Cəbrayıl rayonunun …

Read More »

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Boyukmillet.com xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin …

Read More »