Çərşənbə axşamı , 14 May 2024

Manşet

Xüsusi nümayəndə: “Şuşanın 270 illiyi münasibətilə böyük konsert proqramı təşkil olunacaq”

“Gələn il Şuşanın 270 illiyi münasibətilə şəhərdə böyük konsert proqramı təşkil olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi gələcək mədəni tədbirlərin başlanğıcıdır: “Bundan sonra Şuşada daha böyük konsertlər təşkil olunacaq. Gələcək tədbirlərin proqramı hələlik müəyyən olunmasa da şəhərdə konsertlərin təşkil olacağı dəqiqdir”.

Read More »

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, …

Read More »

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki …

Read More »

Gözünüz aydın, Üzeyir bəy, doğum gününüz Şuşada qeyd olunur

Bu gün Şuşanın dağlarında, Cıdır düzündə, İsa bulağında, bir sözlə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı hər məkanda, Vətən torpağının hər qarışında muğam sədaları eşidiləcək. Boyukmillet.com xəbər verir ki, 30 ildən sonra ilk dəfə Ü.Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq. Belə ki, bu gün – sentyabrın 18-də Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. …

Read More »

Prezident Bakıda avtomobil yollarının yenidən qurulmasına 5 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan …

Read More »

İlham Əliyev Bakıda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə yarımstansiyada görülən işlər barədə məlumat verib. Dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu …

Read More »

Şuşada hərbi yürüş keçirilib

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Şuşa şəhərində hərbi yürüş keçirilib. Boyukmllet.com-un məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş ediblər. Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən …

Read More »

Bakının işğaldan azad olunması münasibətilə Pirəkəşküldə hərbçilərin yürüşü başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb. Boyukmillet.com-un məlumatına görə, hərbi qulluqçular orkestrin müşaiyəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş edirlər. Yürüşdə 100 hərbçi iştirak edir. Sonda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq. Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.

Read More »

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi tvitter səhifəsində Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür. Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandanı Nuri Paşanı, onun qəhrəman ordusunu və Qafqazın mərkəzində şəhid olanlara Allahdan rəhmət diləyir və onları minnətdarlıqla yad edirik”. Qeyd …

Read More »

Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüş başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş başlayıb. Boyukmillet.com xəbər verir ki, üç hissədən ibarət olan yürüşün 2-ci marşrutu Səməd Vurğun bağından başlayıb. Yürüşdə hərbi orkestrin müşaiyəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edir. Yürüş 28 may küçəsi – Bülbül prospekti, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində davam …

Read More »