Çərşənbə , 15 May 2024

Manşet

Bu gündən bir sıra məkanlara giriş COVID-19 pasportu ilə mümkün olacaq

Bu gündən – sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Boyukmillet.com xəbər verir ki, yaşı 18-dən yuxarı olan şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Peyvənd olunmayan şəxslər həmin obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinin 211-ci …

Read More »

İlham Əliyev növbəti medallar qazanan paralimpiyaçıları təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti medalları qazandıran idmançılarımızı təbrik edib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib. Paylaşımda deyilir: “İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm!’ İkinci dəfə qızıl medalı ilə bizi sevindirən …

Read More »

Şuşanın parkları belə olacaq – FOTOLAR

Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq. Komitə sədri bildirib ki, Şuşanın Baş Planı …

Read More »

Ərdoğan: “Düşmənə qorxu, dosta güvən verən bir struktur quracağıq”

“Düşmənə qorxu, dosta güvən verən bir struktur quracağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə Nazirliyinin “Ay Yıldız” layihəsinin təməlqoyma mərasimində çıxışı zamanı deyib. “Bu layihə ilə Milli Müdafiə Nazirliyini, Silahlı Qüvvələrin Baş Qərargahını, bütün komandanlıqları bir yerə toplamış olacağıq. Hər şeyi ilə düşmənə qorxu, dosta güvən verən bir strukturu burada qurmuş olacağıq. Mərkəzi …

Read More »

Prezident Vaqif Poeziya Günlərinin başlaması münasibətlə xalqı təbrik edib

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. Boyukmillet.com -un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib. “Vaqifin məqbərəsi bütün …

Read More »

Dövlət başçısı: “Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”. Boyukmillet.com xəbər verir ki,bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib. “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış …

Read More »

Dövlət Komissiyası: “Azad edilmiş ərazilərdə tapılan məzarlıqların beynəlxalq təşkilatlar vasitəsilə açılması nəzərdə tutulur”

“İşğaldan azad olunmuş ərazilərdə Birinci Qarabağ müharibəsinə aid kütləvi məzarlıqlar tapılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, həmin məzarlıqların beynəlxalq təşkilatlar vasitəsilə açılması və oradakı meyit qalıqlarının ekskumasiyası və identifikasiyası istiqamətində müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.

Read More »

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Dövlət başçısı açılış mərasimində çıxış edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya …

Read More »

Türkiyədə Zəfər Bayramı günüdür

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. Boyukmillet.com xatırladır ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq …

Read More »

Prezident İlham Əliyevə və Mehriban Əliyevaya Şuşanın baş planı təqdim olunub

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən …

Read More »