Bazar ertəsi , 13 May 2024

Manşet

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışında iştirak ediblər

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə …

Read More »

Türk F-16-ları Polşa səmasında belə süzdü – VİDEO

Türkiyə F-16 qırıcıları Polşa Aviasiya bayramı münasibətilə bu ölkənin səmasında uçuşlarını davam etdirir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Polşa Müdafiə Nazirliyi Tvitter hesabında qırıcıların uçuşu ilə bağlı yeni video paylaşıb. Video qısa zaman ərzində izləyicilər tərəfindən bəyənilib. Qeyd edək ki, 4 ədəd türk F-16 qırıcısı gücləndirilmiş NATO hava polisi (BILOXO) missiyası çərçivəsində Polşanın Malbork şəhərindəki …

Read More »

Mehriban Əliyeva paralimpiya oyunlarında qalib gələn idmançıları təbrik etdi – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” XVI Yay Paralimpiya oyunlarında qalib gələn idmançılarımızı təbrik edib. Mehriban Əliyeva bununla bağlı “İnstagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və …

Read More »

İlham Əliyev Azərbaycan paralimpiyaçılarını təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançılarını təbrik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının twitter hesabında bununla bağlı paylaşımında deyilir: “Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar …

Read More »

Kabildən təxliyə olunan sülhməramlılar Bakıya qayıtdı

Əfqanıstan İslam Respublikasından təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya dönən 120 nəfərdən ibarət heyətin qarşılanma mərasimi keçirilib. Qarşılanma mərasimində Müdafiə Nazirliyinin rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.  Qeyd edək ki, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabil Beynəlxalq Hava …

Read More »

MN: “Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub. Müdafiə Nazirliyindən bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib. Boyukmillet.com  xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə …

Read More »

İlham Əliyev: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi qürurla yaşayacağıq”

İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Boyukmillet.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə danışıb. Dövlətimizin …

Read More »

Azərbaycanda ilk dəfə Qarabağın bərpası ilə bağlı sərgi keçiriləcək

Cari ilin oktyabr ayında Azərbaycanda “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür. Payız sərgiləri Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən dəstəklənir və bu mövsüm çərçivəsində dörd sərgi keçiriləcək ki, onlardan biri də ilk dəfə təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisidir. Bu barədə “Caspian Event Organisers” şirkətindən bildirilib. Sərgi mövsümü …

Read More »