Manşet

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın doğum günüdür. Boyukmillet.com xatırladır ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu …

Read More »

Ağdamda beynəlxalq konfrans keçiriləcək

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir. Bu barədə Qarabağ Dirçəliş Fondundan məlumat verilib. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq. Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları …

Read More »

Prezident Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin mənzillə təmin olunması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər evrir ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı tapşırıqlar verilib: Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin; bu Sərəncamın icrası ilə bağlı …

Read More »

Ərdoğan müsəlmanlara çağırış etdi: Artan düşmənçilik…

Müsəlmanlar artıq bütün insanlığın təhlükəsizliyi və gələcəyi ilə yanaşı, öz əmin-amanlığı və rifahı üçün də məsuliyyət daşımalıdırlar. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Geniş bir coğrafiyada münaqişə, köç, yoxsulluq və xəstəliklərlə mübarizə aparan müsəlmanlar, eyni zamanda Qərbdə islama qarşı artan düşmənçiliklə də mübarizə aparırlar. Müsəlmanlar artıq öz sülh və rifahı, həm də bəşəriyyətin təhlükəsizliyi və gələcəyi …

Read More »

“Füzuli” Beynəlxalq hava limanında sınaq uçuşları başlayıb

“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC xəbər verir. 20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək. Qeyd …

Read More »

Azərbaycan hərbi dənizçiləri İrandadır

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən HDQ-nin hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşılanma mərasimdə İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi …

Read More »

Məzahir Pənahov MSK üzvlərini topladı: Dairə Seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır

Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılır. Məlumata görə, iclasa sədrliyi MSK sədri Məzahir Pənahov edir. Müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul ediləcək. Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər Dairə Seçki Komissiyasının (DSK) 9 üzvü olur. Onlardan üçünün namizədliyi deputatları Milli Məclisdə …

Read More »

Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri Vasif Talıbov MR-in əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Boyukmillet.com xəbər verir ki, Ali Məclisin Sədri bildirib ki, ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir: “Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin …

Read More »

Prezidentin təltif etdiyi sərhədçilərə orden və medallar təqdim olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya Qüvvələrində “Vətən Müharibəsi”ndə şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, abidənin önünə gül çələnginin qoyulması və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edərək Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi …

Read More »

Prezident və Birinci vitse-prezident “İstisu”da olublar – VİDEO

“Vəhşi düşmən “İstisu” sanatoriyasını da söküb”. Boyukmillet.com xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı “İstisu” sanatoriyasına  gedərkən deyib. Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva paylaşıb. Paylaşımı təqdim edirik: https://m.facebook.com/FirstvicepresidentofAzerbaijanOfficial/videos/796886430988980/ https://m.facebook.com/FirstvicepresidentofAzerbaijanOfficial/videos/391795325788251/ https://m.facebook.com/FirstvicepresidentofAzerbaijanOfficial/videos/796886430988980/

Read More »