Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına və birinci xanıma məsciddə aparılan bərpa işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin …
Read More »Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mayın 12-də start verilən “Xarıbülbül” musiqi festivalı bu gün qala-konsertlə davam edib. Boyukmillet.com xəbər verir ki, konsert çərçivəsində Ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarxın nümayişi zamanı Prezident İlham Əliyev kövrəlib. Həmin anları izləmək üçün aşağıdakı linkə daxil olun https://daytube.az/videos/107095/
Read More »Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Ramazan bayramı ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına …
Read More »Şuşada inşa olunacaq yeni məscid belə olacaq- Foto
Xəbər verdiyimiz kimi, Şuşada yeni məscidin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, səhərdə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu, 2020-ci ildə noyabrın 8-də Şuşanı işğalçılardan azad olunması və həmin tarixin Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günü olması ilə …
Read More »“Muğamımızın sədaları erməni vətəndaşlarımızın yaşadığı Xankəndində də eşidiləcək” – Elmədddin Behbudun yazısı
Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı və bütövlükdə Qafqazın konservatoriyası olan Şuşada erməni işğalı səbəbindən yaranan uzun fasilədən sonra bu gün “Xarıbülbül” musiqi festivalı yenidən başlayır. Bu, Lələtəpədən Arazboyu uzanan vətən torpaqlarına boylanmağı tutya sayan xalq, 28 il dünyasını dəyişən yaxınlarının məzar yeri kimi doğma yurdunu vəsiyyət etdiyi insanlar üçün sözlə ifadə olunmayacaq dərəcədə böyük xoşbəxtlikdir. İndi nəinki azərbaycanlılar, cəmi 200 …
Read More »Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusu Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində təqdim edilib. Boyukmillet.com xəbər verir ki, “Əbədi imzalar” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Nəşr Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması …
Read More »İlham Əliyev: “Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”
“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edərkən deyib. “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev …
Read More »Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı və ailə üzvləri bulağın suyundan içiblər. Prezident İlham Əliyev deyib: “Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına …
Read More »Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
Mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər. Məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək deyib: – Bu gün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Şuşada yeni məscid tikiləcəkdir. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri …
Read More »Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa …
Read More »