Çərşənbə , 15 May 2024

Manşet

Zəngilanda beynəlxalq hava limanının təməli qoyulub

Prezident İlham Əliyev aprelin 26-da Zəngilan rayonunda beynəlxalq hava limanının təməlini qoyub. Boyukmillet.om-un məlumatına görə, təməlqoyma mərasimi Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində baş tutub. Dövlət başçısı bildirib ki, Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Prezident bunun işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq …

Read More »

Azərbaycan Kosmik Agentliyi yaradılır – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanda deyilir: 1. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın. 2. Agentlik “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə …

Read More »

3 dövlət şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarıldı

Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, “Azərkosmos” ASC, eləcə də Nəqliyyat, Rabitə və Yüksək texmologiyalar Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər holdinqin idarəetməsindən çıxarılıb.

Read More »

Mehriban Əliyeva Cəbrayıl və Zəngilandan görüntülər paylaşdı FOTO VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə işğaldan azad edilən Cəbrayıl və Zəngilan rayonuna səfəri ilə bağlı foto paylaşıb. Boyukmillet.com xəbər verir ki, Mehriban Əliyeva yazıb: “Əziz həmvətənlər, İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram. Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Read More »

Azərbaycan Prezidentinin BMT-nin tədbirində videoformatda çıxışı təqdim edilib

Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin …

Read More »

Şuşa uğrunda döyüşlərdə yaralanaraq 6 ay sonra şəhid olan hərbçi dəfn edilib

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu dəfn edilib. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Hüseyn Rasim oğlunun nəşi böyüyüb başa çatdığı Sabunçu rayonu, Nardaran qəsəbəsinə gətirilərək torpağa tapşırılıb. Şəhidlə vida mərasimində şəhidin yaxınları, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Read More »

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərar “Resmi Qezete”də dərc olunub. Qərara əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş” qüvvəyə minib. Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclas başa …

Read More »

Türkiyənin Azərbaycandakı yeni səfiri işə başladı – FOTO

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı öz işinə başlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib. “Dr. Cahid Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəlib və Səfirlikdə səfirlik personalı tərəfindən qarşılanıb. Səfirlik heyəti ilə görüşdən sonra cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başlayıb”, – deyə bildirilib.

Read More »