Çərşənbə , 5 Mart 2025

Milli Məclis

Deputat: “Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər”

“Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı onlara çoxsaylı müraciətlər var: “Bələdiyyə sədrləri qanunvericiliyi bilmir. Torpağın icarə haqqını 10 qat artırırlar. İcarədarlar da şikayət edirlər”.

Read More »

Sahibə Qafarova beynəlxalq konfransda Ermənistanın 30 illik işğal siyasətindən danışıb

“Azərbaycan torpaqlarının 20 faizi 30 il Ermənistanın işğalı altında olub, şəhərlərimiz dağıdılıb, insanlarımız qaçqın və məcburi köçkün durumuna düşüblər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən XIII plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, problemli məsələlər həllini tapmalıdır: “İkili standartlardan qaçmalıyıq. Dünyada ədalət və səmimiyyətə ehtiyac var”. S.Qafarova …

Read More »

MM Ali Məhkəmənin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib

Milli Məclis “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalının təsis edilməsi məsələsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

Read More »

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək – SİYAHI

Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi …

Read More »

Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin edilir – SİYAHI

Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin edilir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir: – Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi; – Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi; – Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi; – …

Read More »

Deputat: “Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir”

“Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, son dövrlər İran Azərbaycana qarşı aqressiv siyasət yürüdür və regionda sülhün yaranmasına mane olur: “Hazırda milli identikliyi yaratmaq üçün informasiya mühiti yoxdur. Bizim dediklərimiz də Azərbaycanın informasiya məkanında qalır. Ancaq İranda səsləndirilən fikirlər …

Read More »

Parlament “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanunu qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O qeyd edib ki, layihə 8 fəsil, 40 maddədən ibarətdir. Bildirilib ki, “İnvestisiya fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə …

Read More »

Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib. Boyukmillet.com-un xəbərinə görə, layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Read More »

DSMF-nin gələn il üçün büdcəsinə dair qanun layihəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Boyukmillet.com-un xəbərinə görə, layihədə növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6 milyard 263 milyon 970 min manat məbləğində nəzərdə tutulub. Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə …

Read More »

MM-in Komitə sədri: “Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq”

Xalqlar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz. Biz savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orcu parlamentin bu gün keçirilən plenar iclasında deyib. O xatırladıb ki, Türkiyə Prezidentinin sözçüsü İbrahım Kalın son müsahibəsində Ermənistanla sərhədlərin açılması üçün körpülərin təmirindən, gömrük-buraxılış məntəqəsinin hazırlanmasından və birgə nahardan danışaraq, sülh müqaviləsinin tək …

Read More »