Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Nazir müavini bələdiyyələrin sayının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib

“Bələdiyyələrlə bağlı dəyişikliklərin edilməsi üçün yəqin ki, Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Çünki parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq biz də lazımi köməklikləri göstərməyə hazırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin fevralın 24-də keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” ilə bağlı səsləndirilən təkliflərə cavabında deyib.

Nazir müavini xatırladıb ki, bələdiyyələrin və üzvlərinin sayının azaldılması qüvvədə olan qanunvericiliyə uyğun həll edilir: “Bələdiyyələrin səlahiyyətləri də konstitusiyaya uyğun tənzimlənir. Dəyişiklik istəyiriksə, mütləq şəkildə konstitusiyaya yenidən baxılmalıdır. Bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi də mümkün ola bilər”.

Check Also

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …