Cümə , 31 Yanvar 2025

Milli Məclis

Qarabağın tamamında Azərbaycan qanunları işləyəcək

Əziz həmvətənlər! Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə olduğu kimi yenə telefonla müxtəlif ölkələrə zəng edərək Azərbaycandan şikayət edir. Nahaq əziyyətdir, nəyisə dəyişə bilməyəcək. Azərbaycan ordusu öz ərazisində mövqelərini gücləndirmək hüququna malikdir və buna Ermənistan qarışa bilməz. Qarabağda azad etdiyimiz şəhər və kəndlərimizin ətrafındakı yüksəkliklər nəzarətimizdə olmalıdır. Ermənistan 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq silahlı …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin təliminə dair sənədin qüvvədəolma müddəti məlum olub

“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandumunun qüvvədəolma müddəti açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb. Qeyd edilib ki, Anlaşma Memorandumu 1 il müddətinə qüvvədə qalır ve Tərəflərdən birinin digərlərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək …

Read More »

Sabir Rüstəmxanlıya fəxri doktor adı verildi – FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı fəxri doktor adına layiq görülüb.Boyukmillet.com xəbər verir ki, fəxri doktor diplomu bu gün İnstitutun Elmi Şurasında direktor Teymur Kərimli tərəfindən təqdim edilib.Bildirilib ki, bu qərar S. Rüstəmxanlının elmin inkişafına və İnstitutun fəaliyyətinə göstərdiyi yardımlara görə qəbul olunub. Sonra Xalq şairi İnstitutun sərgi salonunda təşkil …

Read More »

Nazirliyin “cavabları” hardadır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arqumentləri yalan çıxdı Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisinin son  iclasında hökumətin hesabatının müzakirəsi zamanı  bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır: “Hökumət iclaslarının stenoqrammı götürüb, təklif olunan məsələlərlə tanış ola bilər. Təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq …

Read More »

Deputat nazirlərdən Əli Əsədova şikayət edib

“Hökumət üzvləri telefonları götürmürlər. Cənab Baş nazir, elə nazirlər var ki, bizim zənglərimizə cavab vermirlər, telefonları götürmürlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bələdiyyələrə kredit ayrılmalıdır. “Xahiş edirəm ki, şəhidlərin adının məktəblərə verilməsi ilə bağlı sənədlərə də dəyişiklik edilsin” …

Read More »

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq. Toplantıda hökumət üzvləri də iştirak edirlər.

Read More »

Azərbaycanda narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Azərbaycanda narkotik vasitələrin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası dəyişir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir. Belə ki, məcəlləyə uyğun olaraq maddi sübutlar barədə məsələnin həlli cinayət təqibi üzrə icraat başa çatdıqda məhkəmənin yekun qərarı ilə həll edilir. Təqdim edilən layihədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi isiqamətlərindən …

Read More »

Milli Məclis Azərbaycanda iki rayonun ləğv edilməsinə razılıq verib

Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər …

Read More »

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verirki, komitə sədri Tahir Rzayev layihə ilə bağlı toplantı iştirakçılarına ətraflı məlumat verib. Daha sonra isə layihə ətrafında komitə üzvləri çıxış ediblər. Müzakirələrdən sonra yeni qanun layihəsinin parlamentin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılması tövsiyə olunub.

Read More »

Milli Məclis Xocalı soyqırımı ilə əlaqədar 75 ölkənin parlamentinə məktub göndərib

“Milli Məclisin sədri kimi 75 ölkənin parlament sədrinə və 10 beynəlxalq təşkilata Xocalı soyqırımı ilə əlaqədar məktub göndərmişəm”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Spiker qeyd edib ki, həmin məktublarda soyqırımın tanınmasını istəyib.

Read More »