Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq. Kənd təsərrüfatı sahəsinin Azərbaycan …
Read More »Sabah deputatlar BƏƏ-yə gedir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə səfər edəcəklər. Milli Məclisin deputatları işgüzar səfər zamanı bir sıra görüşlər keçirəcək, iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlament əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparacaqlar. …
Read More »Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə Milli Məclisə daxil olub
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə daxil olub. Boyukmillet.com xəbər verir ki, sənəd yaxın günlərdə parlamentin müzakirəsinə təqdim ediləcək.
Read More »MM sədri: “Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq”
“Ermənistan işğal altında qalan torpaqlarımızı viran qoyub. Azərbaycan torpaqlarımızı işğaldan azad etdikdən sonra sülh sazişinin imzalanması ilə bağlı bir neçə dəfə Ermənistana təkliflər verib”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Baltikyanı ölkələrə səfərindən danışarkən deyib. “Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq. …
Read More »Milli Məclis Azərbaycanla İspaniya arasında məxfi məlumatların mübadiləsi ilə bağlı sazişi ratifikasiya edib
Milli Məclis Azərbaycanla İspaniya arasında məxfi məlumatların mübadiləsi ilə bağlı sazişi ratifikasiya edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »Milli Məclis Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib
Milli Məclis Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi idxal və ixrac zamanı qida məhsullarının …
Read More »Azərbaycan və Türkiyənin Müttəfiqlik Gününün təsis edilməsi təklif olunub
İyunun 15-nin Azərbaycan və Türkiyənin Müttəfiqlik Günü adlandırılması təklif olunub. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. “Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixinin Azərbaycan və Türkiyənin Müttəfiqlik Günü adlandırılmasını təklif edirəm”, – deputat vurğulayıb.
Read More »Milli Məclisin yaz sessiyasının plenar iclası başlayıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və …
Read More »Çin parlamentinin sədri Sahibə Qafarovaya məktub göndərib
Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Milli Məclisin sədri Sahibə Qafarovanın adına təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda Çin parlamentinin sədri ötən il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası barədə öz fikirlərini açıqlayıb. O, tədbirin müvəffəqiyyətlə keçirildiyini və uğurlu nəticələr əldə edildiyini bildirib. Milli Məclis və …
Read More »Azərbaycanda iki rayon ləğv olunur
Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunur. Boyukmillet.com-un xəbərinə görə, bu, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında birinci oxunuşda müzakirə ediləcək.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
