Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Boyukmillet.com xəbər verir ki, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Layihə müzakirə olunmadan ikinci oxunuşda qəbul olunub.
Read More »Milli Məclisin COVID-19-a yoluxan əməkdaşlarına 500 manat maddi yardım verilib
“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib”. Boyukmillet.com xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib. “Milli Məclisdə müvafiq sənədlərlə tanış olanda gördüm ki, mənə müəyyən qədər yanlış məlumat verilib. Burada işləyən sürücülərin nəinki əməkhaqqı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Gördüm …
Read More »Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
“Noyabrın 16-da erməni təxribatı nəticəsində şəhid olan əsgərlərimiz var”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Sədr şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Daha sonra sədrin təklifi qəbul olunub və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Read More »Şəhid ailəsi üzvlərinə vergi güzəşti edilməsi layihəsi I oxunuşda qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində …
Read More »“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com -un xəbərinə görə, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsi rüsumu artırılır. Belə ki, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumu 10 manatdan 15 manata dəyişdirilir.Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və …
Read More »Deputat: “Döyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş verilməlidir”
“Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir”. Boyukmillet.com xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. “Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır. Hərbçilərin ildə …
Read More »Milli Məclisin iclası başlayıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, toplantıya spiker Sahibə Qafarova sədrlik edir. İclasda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Read More »Azərbaycanın hərbi büdcəsinin artırılması təklif edilir
Azərbaycanın hərbi büdcəsinin artırılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı çıxış edib. Deputat bildirib ki, gələn il Azərbaycanın dövlət büdcəsində hərbi sahəyə kifayət qədər vəsait ayrılıb: “Hazırda Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. …
Read More »Milli Məclis Prezident İlham Əliyevi təbrik edib
“Türk Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu münasibətlə dövlət başçısını təbrik edir və ona uğurlar arzulayırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə …
Read More »Parlament gələn ilin büdcə zərfini müzakirə edir
Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitesinin sədri Tahir Mirkişili təqdim edir. Daha sonra isə deputatlar qanun layihəsi ətrafında çıxış edəcəklər. İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri …
Read More »