Çərşənbə , 5 Mart 2025

Milli Məclis

Vətən müharibəsi qazisinin atasına Milli Məclisdə vəzifə verilib

Milli Məclis Aparatında şöbə müdirinin müavini vəzifəsinə təyin edilən şəxsin Vətən müharibəsi qazisinin atası olduğu məlum olub. Boyukmillet.com-un xəbərinə görə, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunan Eldar İsmayıl oğlu Əsgərovun oğlu Sabir Əsgərov Vətən müharibəsi qazisidir. Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır. …

Read More »

Parlament Vətən Müharibəsi qəhrəmanlarına 46 gün məzuniyyət verilməsi barədə layihəni təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Read More »

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. “Report”un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 3. “Dənizçinin şəxsiyyət sənədi haqqında …

Read More »

Milli Məclisin şöbə müdirinin müavini vəzifəsindən azad edildi

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Belə ki, S.Kərimov Ali Məhkəmənin hakimi təyin edilməsi səbəbindən vəzifəsindən azad olunub. Onun yerinə hələ təyinat olmayıb.

Read More »

Milli Məclis Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması haqqında qərarı təsdiqləyəcək – EKSKLÜZİV

Milli Məclis “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması haqqında” qərarı təsdiqləyəcək. Boyukmillet.com xəbər verir ki, bu məsələ parlamentin mayın 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Sənəd üç oxunuşda müzakirə olunacaq.

Read More »

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub – SİYAHI

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bakı Apellyasiya Məhkəməsinə hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, sənəd parlamentə Azərbaycan Prezidentinin imzasıyla daxil olub. Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb: 1. Həmidov Həmid Üzeyir oğlu 2. Hüseynov Azər Soltanhəmid oğlu 3. Tağızadə Mirzə Nəsib oğlu 4. Babayev Zəki Baba oğlu …

Read More »

Ali Məhkəməyə hakimlər təyin edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb: 1. Dadaşov İlqar Ağababaş oğlu 2. Əhmədov Əhməd Abbas oğlu 3. Əliyev Ələsgər Əliabbas oğlu 4. Kərimov Fərhad Abdulkərim oğlu …

Read More »

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 23 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında. …

Read More »

Milli Məclisin plenar iclasının vaxtı məlum olub

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib. Boyukmillet.com-un xəbərinə görə, parlamentin növbəti plenar iclasının mayın 21-də keçirilməsi nəzərdə tutulur. İclasın gündəliyi barədə isə əlavə məlumat veriləcək.

Read More »

“Vətən Müharibəsi Qəhrəman”ları abidələrinin açılışı zamanı Dövlət Himninin ifası məcburidir

“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanuna dəyişiklik edilir. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı Dövlət Himni mütləq ifa ediləcək.

Read More »