Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclası keçiriləcək

Yaxın zamanlarda Ankarada Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin birgə iclası keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib.

O, Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin olduğunu deyib: “Bizim hökumətlər səviyyəsində yaxşı əməkdaşlığımız var. Pandemiya səbəbindən parlamentlər səviyyəsində əlaqələr intensiv olmayıb”.

N.Samxaradze qeyd edib ki, yaxın günlərdə Türkiyə parlamentinin sədri Gürcüstana rəsmi səfər edəcək.

Check Also

Prezidentin parlamentə qaytardığı qanun layihəsi qəbul olundu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov innovativ iqtisadiyyatın stimullaşdırılmasını və …