Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

İtaliya nümayəndə heyəti Ağdam şəhərində səfərdə olub – FOTO

İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı italiyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar. Xəbər verildiyi kimi, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Boyukmillet.com-un məlumatına görə, səfər çərçivəsində İtaliya nümayəndə heyəti işğaldan …

Read More »

Ermənilərin Qarabağda basdırdıqları minaya öz zabitləri düşdü

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupunun komandiri Qarabağda aparılan axtarış əməliyyatı zamanı minaya düşüb. Bu barədə “Boyukmillet.com” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, operativ qrupun 1975-ci il təvəllüdlü komandiri (ad-soyadı açıqlanmır-red) bu gün günorta saatlarına mina partlayışı zamanı yaralanıb. Partlayış zamanı onun sağ ayağından xəsarət aldığı bildirilir. O, Xankəndinin Tibb Mərkəzinə çatdırılıb. Həkimlər yaralının həyatı üçün hər hansı …

Read More »

Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kütləvi informasiya vasitələrinin nümayəndələrinin işğaldan azad edilmiş Qubadlı və Cəbrayıl rayonlarına səfərini təşkil edib. Boyukmillet.com xəbər verir ki, səfər zamanı işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxış keçiriləcək. Jurnalistlər Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələri ilə …

Read More »

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq. APA-nın yerli bürosu xəbər verir ki, məsələ parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Məlumata görə, komitənin gündəliyində qeyd olunub ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ələdə edilən razılaşmanın Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirlərinə fokuslanılacaq. Komitə iclasında Gürcüstan kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze dinləniləcək. İclasın qapalı keçəcəyi ehtimal edilir.

Read More »

Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha doqquz erməni hərbçinin meyitinin qalıqları tapılıb. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, hərbi qulluqçulardan yeddisinin meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Daha iki meyitin qalıqlarını Azərbaycan tərəfi Talış kəndi istiqamətində aşkarlayaraq təhvil verib. Ermənistanda müharibə vaxtı həlak olmuş hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla da Qarabağda …

Read More »

Ağdam Cümə məscidində Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdəki Cümə məscidini ziyarət ediblər. “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb və ibadətlər edilib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub və Quran tilavət olunub. Qeyd edək ki, …

Read More »

Qarabağ münaqişəsi ilə bağlı ABŞ, Almaniya, Ukrayna və Moldova mediasında məqalə dərc olunub

ABŞ, Almaniya, Ukrayna və Moldova mətbuatında keçmiş sovet məkanında dondurulmuş münaqişələr, onların kökü və həlli kimi II Qarabağ müharibəsinin nümunəsi barədə azərbaycanlı jurnalist Mübariz Aslanovun məqaləsi dərc olunub. Boyukmillet.com  xəbər verir ki, postsovet məkanındakı dondurulmuş münaqişələr fonunda Qarabağ münaqişəsinin “buzunun əriməsi”ni özündə əks etdirən məqalədə uzun müddətdir həllini tapmayan münaqişələrin kökünün XVIII-XIX əsrlərdə qoyulduğu vurğulanır. Tarixin səhnəsini birdəfəlik tərk edən bir sıra …

Read More »

Ombudsman Ermənistanın ərazilərimizdəki minalarla bağlı dünya ölkələrinə müraciət edib

Birləşmiş Millətlər Təşkilatı 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan etmişdir. Minalar və müharibənin partlayıcı qalıqlarının təhlükəsizlik, mülki şəxslərin sağlamlığı və həyatı üçün ciddi təhdid yaratdığı ölkələrdə minalar əleyhinə əməliyyatlarla bağlı bacarıqlar yaratmaq məqsədi ilə dövlətlər öz səylərini BMT və digər əlaqədar təşkilatlarla birgə davam etdirirlər. İnsan Hüquqları üzrə Müvəkkil kimi, mən bu gün Azərbaycanın …

Read More »

Xankəndində ermənilər arasında dava düşüb

Azərbaycanın Xankəndi şəhərində “Sofiya” ticarət və əyləncə mərkəzində ermənilər arasında baş verən dava-dalaş nəticəsində 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “news.am” yayıb. Bildirilib ki, Ermənistanın Ararat vilayətinin 31 yaşlı sakini M.Akopyan, Yerevanın 44 yaşlı sakini A.Karapetyan və Xankəndinin 39 yaşlı sakini S.X. arasında mübahisə sonradan bıçaqlanma ilə davam edib. Nəticədə Ermənistan vətəndaşları müxtəlif dərəcəli bıçaq yarası alıb, Xankəndi sakininin …

Read More »