Cümə , 29 Mart 2024
Drone Cameras

Rusiya XİN başçısı: “Qarabağın minalardan təmizlənməsi səylərini azaltmırıq”

“Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsində irəliləyiş əldə olunmasını qeyd etmişik. O cümlədən minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

S.Lavrov Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi, regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi qrupun regionda vəziyyətin sabitləşməsinə mühüm töhfələr verdiyini bildirib: “Münaqişədən sonrakı dövrdə ümumi vəziyyəti sabitləşdirmək, qurucu əməkdaşlıq etmək üçün zəruri şərtlərin yaradılması naminə bu işlərin uğurlu olması mühüm əhəmiyyət daşıyır”.

Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …